Martın 1-dən başlayaraq Rusiyalılar Ukraynaya daxili Rusiya pasportları ilə ayaq basa bilməyəcəklər. Baş nazir Arseni Yatesenyuk tərəfindən verilmiş müvafiq sərəncam martın 1-dən güvvəyə minib.
Ukrayna rəsmiləri bu addımı Rusiya ilə sərhəd xəttinə nəzarətin gücləndiirlməsi ehtiyacı ilə əsaslandırıblar.
Rusiya Federal Miqrasiya Xidməti (FMS) bu məsələdə böyük problem görmədiyini qeyd edərək hər bir vətəndaşın xarici pasport alınması üçün FMS-ə müraciət etmək imkanına malik olduğunu bildirib.
Rusiyada da Kiyevin addımına eyni qərarla cavab verilmək çağırışları səslənirdi, lakkin fevral ayında Rusiya XİN-i bəyan edib ki, ölkəyə daxil olan ukraynalılardan xarici pasport tələb etmək tədbirinə əl atılmayacaq.