Vurğun Əyyub Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı sədrinin 1-ci müavini təyin edilib. Hərəkat sədri Qubad İbadoğlu bu barədə öz facebook səhifəsində məlumat yayıb.
Məlumatda bildirilir ki, fevralın 28-də Azərbaycan Demokratiya və Rifah Hərəkatının İdarə Heyətinin 2-ci iclası olub. İclasda Qubad İbadoğlu nizamnamə ilə ona verilən səlahiyyətlərindən istifadə edərək ADR Hərəkatın sədri kimi ilk sərəncamına imza atıb, Vurğun Əyyubu ADR Hərəkatı sədrinin 1-ci müavini təyin edib.
İclasda həmçinin milli valyuta ilə bağlı durum, təşkilatı məsələlər də müzakirə olunub.