Bazar günü günü, 29 noyabr 2026
     

Moskvada şok effekti yaradan sui-qəsdin pərdəarxası: Nemtsovun qətli daha çox kimin işinə yarayırdı?

Image


Fevralın 27-də Rusiya müxalifətinin liderlərindən biri - baş nazirin sabiq müavini, prezident Putinin əsas tənqidçilərindən olan Boris Nemtsovu Moskvanın mərkəzində - Qızıl Meydan yaxınlığında güllələyiblər.​ Küçədə ağ avtomobildən Nemtsova 7-8 dəfə atəş açılıb. Kürək nahiyyəsindən 4 güllə yarası alan Nemtsov hadisə yerində keçinib.

Baki-xeber.com xəbər verir ki, Nemtsova atəş açılan zaman onun yanında Kiyevdən gəlmiş 1991-ci il təvəllüdlü bir qız da olub. Hücumda istifadə edilən avtomobil də tapılıb, ancaq avtomobildə heç kim olmayıb. Avtomobilin İnquşetiyanın Nazran şəhərində yaşayan bir şəxsin adına qeydiyyatda olduğu bildirilir.

Rusiya xüsusi istintaq komitəsi ölkədə şok effekti yaradan olayla bağlı ssenariləri də açıqlayıb. "İnterfaks"a açıqlama verən istintaq komitəsinin sözçüsü Vladimir Markin bütün ehtimalların "xarici qüvvələrə" işarə etdiyini bildirib.

İstintaq komitəsinin ehtimallar bunlardır:

- Rusiyada siyasi sabitliyi pozmağı hədəfləyin təxribat

- İslamçı-ekstremistlər izi

- Ukrayna ilə əlaqədar proseslər.

Cinayətin Nemstovun ticarət ya da şəxsi həyatı ilə əlaqədar bir münaqişənin nəticəsi ola biləcəyi də ehtimallar arasında yer alır.

Markinin sözlərinə görə, ölkədəki siyasi sabitliyi pozmaq üçün bu bir təxribat ola bilər.

İstintaq komitəsi islamçı-ekstremistlər izini də diqqətlə araşdırdıqlarını bildirir. Bunun, Nemstovun Charlie Hebdo hadisəsindən sonra tutduğu mövqeyə görə aldığı təhdidlərdən qaynaqlandığı qeyd edilir.

Ukrayna ilə əlaqədar ehtimala gəlincə, Markin, burada toqquşan tərəflər arasında, heç bir iqtidara tabe olmayan radikal ünsürlər və şəxslərin olduğunu deyir.

İstintaq komitəsi sui-qəsd zamanı Nemtsovun yanında olan qızla yanaşı başqa şahidlərin də olduğunu bildirir.

Məşhur müxalif siyasətçi Nemtsovun öldürülməsi bir çox sualları da özü ilə gətirdi. İndi "Tətiyi kimlər çəkdi" sualından daha çox "Cinayətin arxasında kim(lər) ola bilər" sualı dünya mediasının əsas gündəmində yer alır.

Kənardan, xüsusilə də Qərb pəncərəsindən baxdıqda bu hadisə, oxları Kremlə çevirməyə son dərəcə uyğun bir cinayətdir.

55 yaşlı Boris Nemtsov 1990-cı illərdə Rusiyanın o dövrdəki prezidenti Boris Yeltsin tərəfindən Moskvaya çağırılıb və baş nazir müavini vəzifəsinə təyin edilib. Bir çox analitiklər 31 yaşından bəri başçılıq etdiyi Nijni Novqorod şəhərində uğurlu liberal islahatlara imza atan Nemtsovu, o dövrdə qoca və yorğun Yeltsinin kreslosunu təhvil verə biləcəyi xələfi kimi göstərirdi. Hətta illər sonra Yeltsin bunu şəxsən özü də təsdiqləyirdi.

Ancaq 1998-ci ildə Rusiyanın yaşadığı dərin iqtisadi böhran, Nemtsov daxil, bir çox islahatçını hökumətdən uzaqlaşdırdı. Nemtsov baş nazirin birinci müavini postunda cəmi dörd ay otura bildi. Yeltsin xələf kimi Vladimir Putini seçdikdən sonra isə Nemtsovun siyasət yolu dəyişdi. Yeltsinin yaxın dostlarından biri olan Nemstov, qısa müddətdə Çeçenistan savaşı daxil bir çox mövzuda siyasətini sərt şəkildə tənqid etdiyi yeni prezident Putinin "siyasi düşməni"nə çevrildi.

Son illərdə isə Nemtsov müxalifət hərəkatının liderlərindən biri olub. Boris Nemstov Rusiyada Qərb dəyərlərini müdafiə edən liberal demokrat, parlament xaricindəki müxalifətin ən parlaq, ən çox səsi çıxan isimlərindən biri idi.

O, siyasət xaricində iş adamı kimi zəngin bir həyat yaşayan, sözünü əsirgəməyən, Kreml və Putin tərəfdarları ilə mübahisəyə girməkdən çəkinməyən, öz kiçik partiyaları ilə Moskva və Sankt-Peterburq kimi şəhərlərdə Putin əleyhdarı mitinqlərə dəstək verən, tez-tez polislə qarşı-qarşıya gələn "rəngli" bir isim olub.

Ancaq Rusiya mediasına görə, Nemtsov heç bir zaman Putin üçün "təhlükəli, güclü, narahat edici" bir müxalifət ola bilməyib. Hətta bəzi rus qəzetlərində, "Nemstov və ən yaxın müttəfiqlərindən Mixail Kasyanovun (Yeltsinin son, Putinin ilk dövr baş naziri olub, amma Putin qısa müddətdən sonra onu öz qrupundan kənarlaşdırıb, o da müxalifətə qoşulub) müxalifətçiliyi Kremlin də işinə yarayır. Çünki hakimiyyətə təsir etmək gücləri yoxdur, amma digər tərəfdən Kreml üçün Putin müxalifləri sıxışdırır deyən Qərbin tənqidlərinə "Buyurun baxın, burada liberal müxalifət var" deyə bilmək üçün də yaxşı bir "kozır"dırlar" - deyə qeyd edilirdi.

Butun bunlarla yanaşı Nemtsov ölkədə korrupsiyaya, Rusiya prezidenti Vladimir Putinin Krımın ilhaqına və Ukraynanın şərq bölgələrinə hücumuna qarşı çıxır və Putinin bu cür siyasətini sərt tənqid edirdi.

Qərbdən ilk andan etibarən "Kreml daha bir müxalifətini təmizlətdi" kimi açıqlamalar gəlir. Qərbdən gələn mesajlarda, Nemtsov cinayətinin Rusiyada yeni Stalin terrorunun başladığını və rus milliyyətçiliyinin Kremlin nəzarəti altından çıxdığını göstərdiyi ifadə edilir. Litva prezidenti Dalya Qribauskayte isə qətlə görə bir başa hakimiyyəti günahlandırır.

Ancaq Nemtsovun öldürülməsi, hələ də Rusiyanın Ukrayna və sanksiyalar üzündən Qərblə əlaqələrinin pozulduğu və təzyiqlərin artdığı bir dövrdə Kremlin işinə o qədər də yaramır. Bununla belə Ukrayna və sanksiyalara görə ölkədə yaşanan ağır iqtisadi vəziyyətdən dolayı sui-qəsdin iqtidara qarşı baş qaldıra biləcək geniş etirazlara indidən bir "göz dağı əməliyyatı" ola biləcəyi də gözardı edilməməlidir.

Onu da qeyd edək ki, Nemtsov bir neçə gün əvvəl Rusiyanın Ukrayna siyasətinə qarşı çıxdığına görə, Putinin onun qətlini sifariş edəcəyi barədə narahat olduğunu demişdi: "Anamla danışdığım zaman o mənə, "Putini tənqid etməyi nə vaxt dayandıracaqsan? O səni öldürər!" - deyir. Bu ciddi bir şeydir. Anam, gerçək həyatda və sosial şəbəkələrdə çıxışlarıma görə Putinin məni öldürtdürəcəyindən qorxur. Təkrar etmək istərdim: bu bir zarafat deyil, anam çox ağıllı insandır. O, bundan çox qorxur".

Boris Nemtsovun vəkili Vadim Prokxorov isə bildirib ki, Nemtsov dəfələrlə, əsasən, sosial şəbəkələrdən hədələnib, ancaq güc nazirlikləri buna əhəmiyyət verməyiblər: «Tətiyi kimin çəkməsindən asılı olmayaraq, Boris Nemtsovu siyasi rejim öldürdü».

Nemtsovun yoldaşı İlya Yaşinin sözlərinə görə isə, Nemtsov yaxın günlərdə Rusiyanın Ukraynadakı hərbi varlığına dair hesabat açıqlamağı planlaşdırırmış.

Digər tərəfdən, cinayətdə Rusiyanı qarışdırmaq və gücdən salmaq istəyən, Putinə qarşı sərt əks mövqedə olan Qərbdəki bəzi dairələrin barmağı olduğunu düşünənlər də az deyil. Moskvada bunun Putini çətin vəziyyətə salmaq üçün "sifariş edilmiş" bir cinayət ola biləcəyi fikirləri də hakimdir. Kremli dəstəkləyən analitiklər bildirir ki, Qərblə sanksiya və iqtisadi böhran dövründə bu cinayətdən ən çox Rusyanın imici və Putinin özü zərər görəcəyk. Onların fikrincə burada xarici təxribat var.

Butun bunlarla belə bu sual yenə də açıq qalır: Qərblə Rusiyanın üz-üzə dayandığı bir vaxtda Nemtsovun qətli daha çox kimin işinə yarayırdı?

Bir məqamı da qeyd edək ki, martın 1-də Moskvada Putinin Ukrayna siyasətinə etiraz etmək üçün mitinqə hazırlaşan, bir neçə gündür metroda sərnişinlərə şəxsən mitinqə çağırış vərəqələri paylayan Nemtsov, o günü görmədən silahlı hücumla qətlə yetirildi. İndi onun özünün də təşkilatçıları arasında olduğu eyni mitinq 55 yaşında öldürülən müxalif siyasətçi üçün "Nemtsova hörmət yürüşü" adı altında keçiriləcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ