Türkiyənin əsas üsyançı kürd qrupunun həbsdə olan lideri Abdullah Öcalan tərəfdarlarını 30 ildir davam edən silahlı mübarizəyə son qoymağa çağırıb.
Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, kürd millət vəkilinin oxuduğu və televiziyada yayımlanan bəyanatında Öcalan deyib ki, "demokratik həll" əldə etmək üçün "tarixi qədar" istəyir. O, silahlı münaqişəyə son qoyulması barədə bəyannamə üçün yazda xüsusi konqres tələb edib.
Türkiyənin cənub-şərqində kürd vətəni üçün mübarizədə 40 000-dən çox adam öldürülüb ki, onların əksəriyyəti kürdlərdir.