Rusiyanın martın 2-də Ukraynaya qaz təchizatını dayandıra bilər. Qazprom Ukraynaya qaz təchizatını dayandıracağı halda Avropaya da qaz ixracı təhlükə ilə üzləşəcək.
Rusiyanın enerji naziri Aleksandr Novakın sözlərinə görə, Rusiyanın Qazprom şirkəti hələ də mart üçün 15 milyon dollarlıq ilkin ödənişi almayıb.
Oktyabrda Avropa Birliyinin vasitəçiliyi ilə əldə olunan razılaşmada deyilir ki, Ukrayna Rusiya qazını alacaq, ancaq pulunu qabaqcadan verməlidir.
Ukraynanın Naftogaz enerji şirkəti isə bu həftənin əvvəlində gileylənib ki, öncədən pulunu verdiyi qazı tam həcmdə almır. Qazprom isə cavabında deyib ki, qazın bir hissəsi rusiyapərəst separatçıların nəzarətində olan şərq hissəyə göndərilir.
Ukraynaya qaz təchizatının dayandırılması Avropaya da təsirini göstərəcək.