"ABŞ Rusiyaya qarşı qlobal koalisiya qurmağa nail ola bilmədi”. APA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Diplomatik Akademiyada çıxışı zamanı bəyan edib.
Onun sözlərinə görə, misli görülməmiş miqyasda kampaniyalara baxmayaraq, rəsmi Vaşinqton qlobal anti-Rusiya koalisiyası yarada bilməyib: "Dünyanın böyük əksəriyyəti, o cümlədən çoxu Avropadan olmaqla ölkələr geniş əməkdaşlığa yönəlmiş bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan dialoqu dəstəkləyirlər”.
Nazir qeyd edib ki, rəsmi Moskva Qərblə qarşılıqlı fəaliyyətdən imtina etmir: "Bu isə o demək deyil ki, Rusiya bu siyasət kursunu xaricdən edilən təzyiqlərə əsasən nəzərdən keçirir”.