Bazar günü günü, 29 noyabr 2026
     

Dərbəndin azərbaycanlı meri ətrafında emosiyalar qızışır

Image


Dağıstanda yaşayan soydaşlarımızın üzləşdiyi problemlər artır

Xeyli sayda soydaşımızın yaşadığı Dağıstanda, xüsusən də Dərbənddə hakimiyyət daxilində gedən savaş hələ də səngimək bilmir. Belə vəziyyət yerli sakinlərin, o cümlədən burada yaşayan soydaşlarımızın durumuna ciddi surətdə təsir göstərir. Hazırda əsas çəkişmə Dağıstan prezidenti Ramzan Abdulatipovla Dərbənd şəhərinin meri İmam Yarəliyev arasında özünü göstərir.
Proseslər bu qənaətə gəlməyə əsas verir ki, tərəflərin artıq xeyli müddətdir davam edən çəkişməsi yaxın tezlikdə öz həllini tapmayacaq. Daha doğrusu, tərəflərdən hansısa biri postunu tərk etməyənə qədər bu çəkişmə davam edəcək.
Hazırda Ramzan Abdulatipov daha güclü mövqedə olsa da, İmam Yarəliyev ona fəal müqavimət göstərməkdə davam edir. Yaranmış vəziyyət onu göstərir ki, Abdulatipov Yarəliyevi neytrallaşdırmaq üçün onun həbsində maraqlıdır. Elə bu fonda məlum olub ki, Dağıstan Federal Antiinhisar Xidməti Dərbənd şəhərinin rəhbərinə qarşı iş qaldırıb. İmam Yarəliyev rəqabət haqqında qanunu pozduğuna görə ona qarşı iş qaldırıldığı bildirilir. Antiinhisar Xidməti işə martın 19-da baxacağını deyib.
Qeyd edək ki, bundan öncə İmam Yarəliyevə Ramzan Abdulatipovun təşəbbüsü ilə cinayət işi qaldırılmışdı. Lakin Dərbənd meri himayədarları sayəsində bu işin ləğvinə nail ola bilmişdi. Belə ki, proseslər gərginləşdiyi zaman "Sadval" özünün əsas himayədarlarından hesab olunan Yarəliyevin müdafiəsinə qalxmışdı. Bunun ardınca isə Rusiya prezidentinin Şimali Qafqaz üzrə nümayəndəsi Sergey Məlikovun Yarəliyevi pərdəarxası müdafiə etməsi Abdulatipovun mövqelərini zəiflətmişdi. Məlikov və "Sadval"la yanaşı, məşhur ləzgi milyarder Süleyman Kərimovun da Yarəliyevə dəstəyi merdən narazı azərbaycanlıları çarəsiz buraxmışdı. Bütün bu təzyiqlərdən sonra Dərbənd məhkəməsi Yarəliyevə qarşı cinayət işini ləğv etsə də, Dağıstan Prokurorluğu vəsatətin təmin olunması üçün yenidən məhkəməyə müraciət edəcəklərini bildirmişdi.
Xatırladaq ki, Dağıstan Prokurorluğunda İmam Yarəliyev barəsində cinayət işi başlanıb. O, 1500 kvadratmetr federal əhəmiyyətli torpaq sahəsini qanunsuz olaraq bələdiyyə mülkiyyətinə keçirməkdə ittiham olunur. Qeyd edək ki, fevralın 3-də Dağıstan Prokurorluğu Dərbənd Şəhər Administrasiyası tərəfindən dövlətə azı 35 milyard rubl həcmində ziyan vurulması faktı üzrə aparılmış yoxlamanın materiallarının istintaq orqanlarına verilməsi barədə məlumat yaymışdı. Bütün bunlar isə, təbii ki, soydaşlarımıza təsirsiz ötüşməyəcək. Çünki davam edən qarşıdurmada azərbaycanlılardan da istifadə etmək niyyətləri var. Xatırladaq ki, bu günlərdə Dərbənd azərbaycanlıları Ramzan Abdulatipova müraciət edib. Dərbənd şəhər sakinləri bununla bağlı "axar.az" portalına verdikləri məlumatda şəhər rəhbərliyinə milliyyətcə azərbaycanlı şəxsin gətirilməsini istədiklərini də bildiriblər: "Biz Dərbənd şəhərinin azərbaycanlıları sizə problemlərimizin həlli üçün müraciət edirik. Hər ötən il Dərbənd azərbaycanlıları bizə dost olmayanlar tərəfindən öz mədəniyyətlərinə, tarixlərinə münasibətə dözməli olurlar. Bu gün Dərbənddə olan Azərbaycan xalqı ağlamalı vəziyyətdədir. Xalq çarəsizdir. Biz istəyirik ki, qədim Azərbaycan şəhərini Dərbənddə doğulmuş, əslən azərbaycanlı olan biri idarə etsin. Bu gün Dərbənd Şəhər Administrasiyası sədrinin səlahiyyətlərinin müvəqqəti icraçısı Rəhimov Mövsüm Hilal oğludur. Dərbənd azərbaycanlıları ona inanır və istəyirlər ki, o, şəhərin rəhbəri kimi təsdiq edilsin. Biz bilirik ki, Mövsüm Rəhimov kasıb ailədən çıxıb və həyatda hər şeyə özü nail olub. O, az gəlirli azərbaycanlılara, yetimlərə yardım edir, idmançılarımız üçün sponsor olur. Bizdə olan məlumata görə, hazırda Dərbənd Şəhər Administrasiyasının rəhbərliyi vəzifəsinə konkurs elan edilib. Buraya iddialı şəxslər isə Dərbəndin problemlərindən uzaq insanlardır. Biz Dərbənd azərbaycanlılarına öz xalqını sevən Rəhimov Mövsüm Hilal oğlu lazımdır. Sizə öz hüquqlarımızın qarantı kimi müraciət edirik. Siz Azərbaycan xalqının ümidisiniz. Ona görə də sizdən bu işdə yardımçı olmağınızı istəyirik".
Qeyd edək ki, Mövsüm Rəhimov bir müddət öncə vəzifəsindən azad edilmişdi. Onun yerinə milliyətcə avar olan Azad Rəhimov gətirilmişdi. Dərbənd rəsmiləri Rəhimovun istefa vermədiyini, sadəcə məzuniyyətə getdiyini bildirmişdilər. Rəhimov, həmçinin, hazırkı mer İmam Yarəliyevin yerinə ən iddialı şəxs hesab edilir. Belə vəziyyət isə Yarəliyevi qane etmir. Bu fonda onun soydaşlarımıza qarşı daha aqressiv fəaliyyətdə bulunması da tamamilə gözləniləndir. Lakin hələlik onun əsas diqqəti Ramzan Abdulatipovla çəkişməyə yönəlib.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ