Bazar günü günü, 29 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
İran-İsrail gərginliyi müharibə həddində...
Tarix: 26.02.2015 / 02:32
Bölmə: Siyasət
Cənub qonşumuzun nüvə proqramı ətrafında yaranan ziddiyyətin çözümü üçün son dövrlərdə BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərin Almaniya ilə birlikdə İranla təmasları müəyyən nəticələr verir. Hər halda, verilən açıqlamalar bu qənaətə gəlməyə əsas verir. Düzdür, problemin tam həllindən danışmaq hələ tezdir. Buna rəğmən, İran və nüvə proqramı müzakirələrində iştirak edən 6 qüdrətli dövlət danışıqların siyasi rəhbərlər səviyyəsində davam etdirilməsinə dair razılığa gəlib.
Tərəflər mart ayının sonunadək struktur razılığın əldə olunmasına çalışır. Hər iki tərəf çərçivə sazişi əldə etmək məqsədilə qarşı tərəfə martın 24-nə, davamlı razılıq əldə etmək üçün isə iyulun 1-dək möhlət verib.
ABŞ və İran Cenevrədə keçirilən son görüşdə irəliləyiş olduğunu bildirsə də, həll olunası hələ çox məsələ qalır. Mübahisəli məqamlardan biri İranın uranı zənginləşdirmə səviyyəsi ilə bağlıdır. Tərəflər, həmçinin, İranın istifadə edəcəyi sentifuqaların sayı barədə razılığa gələ bilmir. ABŞ dövlət katibi Con Kerrinin sözlərinə görə, fikir ayrılıqlarını aradan qaldırmaq üçün İrana kreativ seçimlər verilib: "İndi biz İranın proqramın dinc mahiyyət daşıdığını göstərmək istədiyini söyləməsinin doğru olub-olmadığı təsdiqlənmiş addımlarla, qərarlarla müəyyən edəcəyik. Bu, məqsədimizə çatmaq üçün çox vacibdir".
ABŞ müzakirəçilərin İranın nüvə silahı hazırlamadığını sübut edən təsdiqlənmiş öhdəlik istədiyini deyir. Bununla belə, Ağ Evin sözçüsü Coş Ernest bildirir ki, iyun ayının sonunadək tam razılığın əldə olunması imkanları, ən yaxşı halda, 50 faizdən azdır: "İran rejimində bəziləri var ki, belə bir öhdəliyi götürməyə meylsizdir və ona görə də hətta müzakirəçi kimi irəliləyişə nail olsaq da, son razılığın imkanları barədə reallığın nədən ibarət olduğunu unutmuruq. Ağ Ev danışıqları iyun ayından sonra uzatmaq məqsədi olmadığını bildirir.
Nüvə siyasəti təhlilçisi Ceyms Akton deyir ki, tərəflər arasında razılığın olmaması pis razılıqdan daha yaxşıdır: "Pis və ya yaxşı razılığın əldə olunması üçün çoxsaylı fikir ayrılıqları var, ancaq fikrimcə, hamı razılaşar ki, prinsipcə pis sazişdənsə razılığın olmaması yaxşıdır". Tərəflərin növbəti addımları müzakirə etdiyi bir vaxtda İsrail proseslərə dair tənqidlərini artıraraq bunun regionda sabitliyin pozulmasına xidmət edəcəyini deyir. İsrailin baş naziri Benyamin Netanyahu bu xüsusda bildirib: "Gələn həftə ABŞ-a gedib razılığa təsir göstərə biləcək Amerika Konqresinə izah edəcəm ki, bu saziş İsrail, region və bütün dünya üçün təhlükəlidir". O, Beynəlxalq Atom Enerjisi Agentliyinin son hesabatına istinad edərək vurğulayıb ki, İranda mümkün gizli nüvə fəaliyyətlərinin mövcudluğuna dair narahatlıqlar var. Məhz belə bir vaxtda Vaşinqtonda fəaliyyət göstərən İran Milli Müqavimət Mərkəzinin nümayəndəsi Əlirza Cəfərzadə iddia edib ki, İran, "altılıq" ölkələri ilə nüvə proqramına dair apardığı danışıqlara baxmayaraq, yerin altındakı gizli bazada nüvə silahı hazırlayır. Onun sözlərinə görə, "Lavizan-3" adlanan kompleks Tehran yaxınlığında yerləşir. Cəfərzadə bildirib ki, sözügedən obyekt tunellər şəbəkəsi və yeraltı sığınacaqlardan ibarət dərinlikdə tikilib. Orada radiasiyanın yayılmasının qarşısını alan xüsusi qapılar var ki, MAQATE müfəttişləri yoxlamalar zamanı onu müəyyənləşdirə bilmir. Mərkəzin bildirdiyinə görə, həmin kompleksdə 2008-ci ildən uranın zənginləşdirilməsi prosesinə başlanıb. "Lavizan-3" kompleksinin fəaliyyəti və İranın nüvə silahı hazırlaması ilə bağlı heç bir rəsmi məlumat yoxdur. Belə məlumatlar İsrail tərəfindən narahatlıqla qarşılanır.
Benyamin Netanyahu İranın addımlarını təhlükəli hal adlandırır və bildirir ki, İran yəhudi ölkəsinə qarşı həm də üçüncü cəbhə açmağa hazırlaşır. Baş nazir İranın bunu HƏMAS və "Hizbullah"ın köməyi ilə etdiyini deyib. Netanyahu bildirib ki, "Allahın ordusu", yəni "Hizbullah" silahlıları Colan təpələrinin Suriyanın nəzarəti altında olan hissələrində cəmləşdirilir. İndiyədək İran cənubdan HƏMAS-ın, şimaldan, Livan ərazisindən "Hizbullah"ın köməyi ilə İsrailə qarşı döyüşürdü. Lakin İsrailin "Allahın ordusu" ilə ayrıca haqq-hesabı var. Ərəb ölkələrinin ordularından fərqli olaraq, "Hizbullah" indiyədək İsraillə müharibələrdə heç vaxt uduzmayıb. Bu baxımdan İsrail baş nazirinin bəyanatı xüsusi maraq doğurur. Yaxın Şərq üzrə analitiklər deyir ki, İsrail baş nazirinin narahatlığı əbəs deyil. Hazırda "Hizbullah"ın yəhudi dövləti ilə yeni müharibəyə girməsi tamamilə mümkündür. Üstəlik, bu yaxınlarda "Hizbullah" və İsrail bir-birinə zərbələr endirib. İsrail aviasiyası ötən ay Colan təpələrinə zərbə endirərək İranın İnqilab Keşikçiləri Korpusunun generalı Məhəmməd Əliulla Daudi və altı "Hizbullah" yaraqlısını öldürüb. Buna cavab olaraq "Hizbullah" İsrail patruluna hücum edib, iki əsgər öldürülüb, 7-si yaralanıb. İsrail ordusunun cavab zərbəsi isə BMT sülhməramlı qüvvələrinin əsgərinin həlak olmasına səbəb olub. "Hizbullah"ın İsraillə yeni irimiqyaslı müharibəyə başlaması fonunda isə vəziyyət daha da gərginləşəcək. Bu vəziyyətdə İsrailin "Hizbullah"a yardım edən İranı da vurması tamamilə gözləniləndir. Belə vəziyyətdə İran-İsrail müharibəsi qaçılmaz sayılır.
İsrailin xarici işlər naziri Aviqdor Liberman qeyd edilən fonda bu günlərdə İranın nüvə məsələsinin həll edilməsi ilə bağlı İsrailin mərhum baş naziri Menaxem Beginin təcrübələrini xatırladıb":Menaxem Begin İraqdakı nüvə stansiyasının məhv edilməli olduğunu dedi və bir gün oyanıb, həmin stansiyanın məhv edildiyini qəzetlərdən oxudum. Suriyadakı nüvə stansiyası problemi də eyni şəkildə həll edildi. Bu işin müzakirələrlə həlli mümkün deyil. Yəni İran ABŞ-ın yox, bizim məsələmizdir. Öz işimizi özümüz görməliyik. Qısaca ölkə rəhbərliyinə demək istədiyim budur. Vurmaq istəyirsənsə, vur".
DİGƏR XƏBƏRLƏR
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
Tarix: 28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
Tarix: 28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
Tarix: 28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
Tarix: 28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
Tarix: 27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
Tarix: 27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
Tarix: 27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
Tarix: 27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal
- Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ