Qərb Ukraynanın şərq bölgələrində Rusiyameylli separatçılarla döyüşən Ukraynaya xüsusi hərbi birliklər göndərməyə hazırlaşır. Məlumata görə bu birliklər Ukrayna əsgərlərinə təlimlər keçəcəklər. Hələlik isə bu ölkələrin başında İngiltərənin adı çəkilir.
Baki-xeber.com xəbər verir ki, İngiltərə baş naziri Devid Kemeron bildirir ki, əgər Ukraynada vəziyyət pisləşərsə Rusiya yeni sanksiyalarla qarşı-qarşıya qalacaq: "Rusiyanın Ukraynadakı qanunsuz hərəkətləri yeni bir səviyyəyə çatdıqda və Rusiya tərəfdarı separatçılarn sərhədlərini genişləndirmək səyləri Ukraynadakı vəziyyəti pisləşdirəcəyi halda Moskvaya qarşı yeni sanksiyalar gündəmə gələcək.
Rusiya hadisələrə münasibətini dəyişdirməkdən çox uzaqdır. Rusiyanın şərqi Ukraynada qanunsuz hərəkətləri davam edir. Separatçılar sərhədlərini Mariupol və ya başda bir şəhərə doğru genişləndirəcəkləri halda AB və ABŞ-ın daha çox sanksiyası ilə qarşı-qarşıya qalacaqlar".
Baş nazir ukraynalı əsgərlərə məsləhət və təlim keçəcək hərbi birliyin yaxın bir neçə həftə ərzində Ukraynaya gedəcəyini də bildirib. BBC-nin məlumatına görə, 75 ingilis hərbçisi dörd qrup halında Ukraynaya gedəcək və qarşıdurma bölgəsində əsgərlərə tibbi, kəşfiyyat və hərbi dəstək verəcək.
Rusiyameylli separatçılar isə, Şərq Ukraynadakı ağır silahları atəşkəs çərçivəsində geri çəkdiklərini bildirirlər. Ancaq Kiyev separatçıların açıqlamalarına şübhə ilə yanaşır. Onların fikrincə separatçılar sadəcə yerdəyişmə edirlər və ağır silahları strateji əhəmiyyətli Mariupol limanına daşıyırlar. "Sərhəddən keçən hər şey - pullu əsgərlər, silahlar, ağır silahlar, hər şey - Rusiyadan gəlir. Belə müasir raketlər, ya da buna bənzər silahları haradan alacaqsınız? Mən bu vəziyyətə şübhə ilə yanaşıram və bu silahlar müasir rus silahlarıdır" – deyə Ukrayna xarici işlər naziri Pavlo Klimkin bildirir.
BBC ekspertləri ilk dəfə təlim vermək məqsədli Qərb hərbi birliklərinin Ukraynaya gedəcəyinə diqqət çəkir. ABŞ-ın da bu məqsədlə Ukraynaya hərbi birliklər göndərəcəyi bildirilir. "Buna ABŞ və İngiltərə liderlik etdiyinə görə, digər NATO ölkələri də onları təqib edəcək" – BBC yazır.
Bununla həmçinin Moskvaya "Qərb Kiyev hökumətinin yanında dayanmaqda qərarlıdır" mesajı verilmiş olacaq.
O da bildirilir ki, əgər atəşkəs yenidən iflasa uğrayarsa, Vaşinqton Kiyevə silah göndərilməsi məsələsini də yenidən gündəmə gətirəcək.