Fəthullah Gülən barədə ikinci dəfə həbs qərarı çıxarıldı

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlunun da aralarında olduğu 101 nəfərin telefon danışıqlarını dinləmək və yaymaqda ittihamı edilən Fəthullah Gülən və keçmiş polis, yazar Emre Uslunun həbs olunması barədə qərar çıxarılıb.
Baki-xeber.com xəbər verir ki, bu barədə İstanbul baş prokurorunun tələbilə İstanbul 3-cü Sülh Cəza Məhkəməsi qərar qəbul edib və Gülən və Uslu haqqında həbs qərarı verilib.
Bununla Fəthullah Gülən haqqında ikinci dəfə həbs qərarı verilmiş oldu. Gülənin bundan əvvəl də Tahşiyə əməliyyatı çərçivəsində «Cinayətkar təşkilatın lderi» olduğu iddiası ilə həbs olunması barədə qərar çıxarılmışdı.
Fəthullah Gülən və Emre Usluya qarşı silahlı terror təşkilatı qurmaq və Türkiyə Respublikası hökumətini devirmək və ya fəaliyyətinə mane olmağa təşəbbüs göstərmək, dövlətin gizli qalması lazım olan məlumatlarını hərbi casusluq məqsədilə ələ keçirmək ittihamları irəli sürülüb.