Rusiyanın "Qazprom" şirkəti fevralın 26-dan Ukraynaya qaz verilməsini dayandıra bilər. Bu addım Avropanın da qazla təhcizatının dayanmasına səbəb ola bilər.
Şirkətin rəhbəri Aleksei Miller fevralın 24-də bildirib ki, Ukrayna qaza görə qabaqcadan ödəməni vaxtında etməyib.
Ukraynanın "Naftaqaz" şirkəti bundan əvvəl "Qazprom"u haqqı ödənilmiş qazı tam verməməkdə günahlandırıb.