İranın nüvə proqramı ilə bağlı İsrail kəşfiyatı ilə baş nazir Benyamin Netanyahunun fikirləri üst-üstə düşmür.
Baki-xeber.com xəbər verir ki, Netanyahu 1012-ci ildə bəyan edib ki, İranda kifayət qədər zənginləşdirilmiş uran var və bir-iki aya atom bombası düzəldə bilər.
Amma "Mossad”ın 2012-ci ilin oktyabrında verdiyi hesabatda İranın nüvə silahı üzərində işləmədiyi bildirilirmiş. Bu sənəd İsrail baş nazirinin Birləşmiş Millətlər Təşkilatında İranın bir il içində atom bombası hazırlayacağı mövzusunda xəbərdarlığından bir ay sonra hazırlanıb. Sənədə görə, İsrail kəşfiyyat xidməti "Mossad” İranın nüvə silahı üzərində çalışdığına inanmır.