Bazar günü günü, 29 noyabr 2026
     

İranın Bakıdakı səfirliyi Zərifin səfərini "hər iki tərəf üçün uduşlu diplomatiya" kimi xarakterizə etdi

Image


Səfirliyin dünən yaydığı məlumatda deyilir: "Azərbaycan Respublikası ilə İran İslam Respublikası müxtəlif sahələrdə əlaqələrin inkişafını qarşıya məqsəd qoymuşlar və İranın 11-ci hökumətinin iki qonşu ölkənin münasibətlərinin möhkəmləndirilməsinə yönəlik iradəsi və iki ölkə prezidentlərinin davamlı görüşləri və yüksək rütbəli rəsmilərinin çoxsaylı səfərləri tərəflərin strateji əlaqələri gücləndirmək əzmində olduğunun sübutudur.
İİR-in xarici işlər naziri doktor Məhəmməd Zərifin Azərbaycan Respublikasına səfəri də 4 illik fasilədən sonra İİR-in xarici işlər nazirinin Bakıya ilk səfəri olması baxımından əlamətdardır və onu iki ölkə arasında əlaqələr üçün müsbət bir başlanğıc hesab etmək olar.
Uğurla həyata keçirilmiş qarşılıqlı etimad tədbirlərindən sonra və prezident seçkilərinin ardınca iki ölkə arasında əlaqələr ölkələr və xalqlar arasında mövcud olan bənzərsiz tarixi, mədəni və dini yaxınlıqlar səbəbindən xüsusi əhəmiyyət kəsb edib və bu münasibətlər digər ölkələr üçün bir nümunə ola bilər.
İran və Azərbaycan Respublikası bu gün regionda mövcud olan siyasi və təhlükəsizlik atmosferində müştərək təhdidlərlə qarşı-qarşıyadır və müştərək imkanlara malikdirlər. Bunlardan ən müxtəlif mövzuları, o cümlədən Qarabağ münaqişəsini, Xəzər dənizinə aid məsələləri, energetika, tranzit, narkotik maddələr, terrorizm və ekstremizm mövzularını və hətta Yaxın Şərqdə və Suriyadakı vəziyyəti və mühüm beynəlxalq məsələləri göstərmək olar. Azərbaycan Respublikası regionda ekstremizmin güclənməsindən narahatdır. Xüsusilə ona görə ki, bu ölkənin vətəndaşlarından bir qrupu təkfirçilərə qoşulub. Bu üzdən də ekstremizm mövzusu hər iki ölkə üçün bir təhlükəsizlik məsələsidir.
Hər iki tərəf regional təhlükəsizliyin təmin edilməsinə xüsusi diqqət yetirir. İranın terrorizm və ekstremizmə qarşı mübarizə üzrə səyləri dəfələrlə Azərbaycan Respublikasının Prezidenti tərəfindən dəstəklənib. İran da Azərbaycan Respublikasını daim Qafqazın giriş qapısı kimi görüb və nəinki heç zaman bu ölkəyə qarşı heç bir təhlükə yaratmayıb, əksinə, Azərbaycana əməkdaşlıq üçün bir fürsət, bir imkan kimi baxıb. Belə bir zamanda doktor Məhəmməd Zərifin Bakıya səfəri böyük əhəmiyyət kəsb edir və İran Prezidentinin Azərbaycan Respublikasına səfərinin tez bir zamanda müsbət nəticə verdiyinin göstəricisidir. İki ölkə prezidentlərinin siyasi iradəsini nəzərə alaraq, deyə bilərik ki, imkanlardan birgə istifadə və təhlükələrə qarşı birgə mübarizə İran və Azərbaycan Respublikası arasındakı münasibətləri strateji əlaqələr səviyyəsinə qaldıra və hər iki xalqın uzunmüddətli mənafelərini təmin edə bilər.
Ölkəmizin Prezidentinin Bakıya son vaxtlarda baş tutmuş səfəri gedişində münasibətlərin daha da genişləndirilməsi barədə əldə olunan razılaşmalar və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İranla Azərbaycan Respublikası arasında əlaqələrdə yeni bir fəslin başlanmsının zəruriliyini dəfələrlə vurğulaması belə bir fikrin doğruluğunun təsdiqidir ki, bu iki ölkə özlərinin uzunmüddətli mənafelərinin təmin edilməsini planlaşdıra bilər.
Gerçəklik budur ki, hər iki ölkədə lazımi imkanların olduğuna baxımayaraq, iqtisadi əlaqələr son illər ərzində lazımi səviyyəyə qalxmayıb və bu yolda dayanan maneələrin aşkara çıxarılması və bu vəziyyətdən çıxış yollarının axtarılması üzrə tədbirlər görülməsi lazımdır.
Banklar arasında əlaqə yaradılması, gömrük rüsumlarının azaldılması, viza rejiminin sadələşdirilməsi, kommunikasiya yollarının yaradılması və xüsusi sektorlar arasında əlaqələrin gücləndirilməsi iki ölkənin iqtisadi münasibətlərini daha yüksək səviyyəyə qaldırmağa imkan verə bilər.
İki ölkənin geosiyasi, geoiqtisadi və geostrateji şəraitini, habelə siyasi və iqtisadi əməkdaşlıq üçün birgə sahələrin mövcudluğunu nəzərə almaqla, deyə bilərik ki, doktor Məhəmməd Zərifin və onu müşayiət edən nümayəndə heyətinin səfəri elə bir vəziyyət yaradır ki, İran və Azərbaycan Respublikasının uzunmüddətli əməkdaşlıq yolu ilə strateji münasibətlərin məqbul səviyyəsinə çatmağı tarixi bir zərurət kimi qarşıya qoyacaqlarına və bu məqsədə çatmaq istiqamətində irəliləyəcəklərinə ümid etmək olar.
Ümumilikdə, İranın regional məsələlərlə əlaqədar yeritdiyi pozitiv siyasəti və hər iki tərəfin əlaqələrin inkişaf etdirilməsinə və mənafelərin qarşılıqlı surətdə təmin edilməsinə yönəlik lazımi iradəsinin olmasını nəzərə alaraq, doktor Məhəmməd Zərifin Bakıya səfərini iki ölkənin bir-birinə daha da yaxınlaşması istiqamətində "hər iki tərəf üçün uduşlu diplomatiya"nın yeni bir təzahürü hesab etmək olar".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ