Bazar günü günü, 29 noyabr 2026
     

Lavrov Gürcüstanla mümkün müharibənin anonsunu verdi

Image


Kifayət qədər problemlərlə üzləşən qonşu Gürcüstanda hadisələrin gedişi bu ölkədə yaxın tezlikdə daha gərgin situasiyanın bərqərar olacağını istisna etmir. Buna əsas səbəb bir tərəfdən Rusiyanın Gürcüstana getdikcə daha çox təzyiq göstərməsidirsə, digər önəmli amil daxili siyasi gərginliklə bağlıdır. Hər iki amil Gürcüstanda proseslərin yenidən xaotik məcraya daxil olacağını istisna etmir.
Xatırladaq ki, Gürcüstan əvvəlki kimi NATO-ya üzv olmağa can atır və burada NATO-nun qərargah təlim mərkəzi yaradılır. Bundan əlavə, alyansla Tiflis arasında Gürcüstanda birgə hərbi təlimlərin keçirilməsi haqda razılıq əldə olunub. Moskva isə növbəti dəfə NATO-Gürcüstan əlaqələrinə sərt reaksiya verib. Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, NATO Gürcüstanı alyansa çəkməyə cəhd etsə, Rusiya müvafiq tədbirlər görməyə hazırdır: "Mövqeyimiz ondan ibarətdir ki, Gürcüstanın NATO-ya çəkilməsi cəhdləri Cənubi Qafqazda sabitliyə xidmət etməyəcək. Bu istiqamətdə praktiki addımlar atılsa, həmin proseslərin mövcud situasiyaya mənfi təsirlərinin qarşısını almaq üçün tədbirlər görəcəyik".
Lavrov həmçinin qeyd edib ki, artıq Gürcüstanın NATO-ya çəkilməsi istiqamətində müəyyən addımlar müşahidə olunur. Deməli, Rusiyanın Gürcüstana təzyiqləri davam edəcək.
Daxili vəziyyətə gəlincə, burada Bidzina İvanişvili və Mixeil Saakaşvili tərəfdarları arasında yenidən gərgin vəziyyətin başlanması gözlənir. Buna əsas səbəb gələn il keçiriləcək parlament seçkiləridir. Seçkilərlə bağlı çəkişmə isə indidən başlanır. Xatırladaq ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili yenidən vətənində seçkilərə qatılaraq qalib gəlmək niyyətində olduğunu açıqlayıb. Saakaşvili "Rustavi 2" telekanalına müsahibəsində hazırkı Gürcüstan hökumətinə qarşı ittihamlar da səsləndirib. O bildirib ki, Gürcüstanın gələcəyi Ukraynada cərəyan edən proseslərdən çox asılıdır: "Öz tərəfdarlarımla Gürcüstana qayıtmaq və bir ildən sonra parlament seçkilərində qalib gəlmək niyyətindəyəm. Biz hakimiyyətə seçki yolu ilə qayıdacağıq. Bu gün Gürcüstanda baş verənlər faciədir. Hazırkı hökumət ölkəni səfalətə sürükləyir. Gürcüstan hökumətinin uğursuzluqları isə Rusiyayönümlü olması ilə bağlıdır". İndiki vəziyyətdə Gürcüstan hökuməti Mixeil Saakaşvilini neytrallaşdırmaq üçün onun həbsinə çalışır. O, bir neçə cinayət işi üzrə, həmçinin 5 mln dollar həcmində büdcə vəsaitlərini israf etməkdə ittiham olunur. Saakaşvili Gürcüstanı 2013-cü ilin noyabrında ölkənin yeni prezidenti Georgi Marqvelaşvinin inauqurasiyasından sonra tərk edib. Hazırda Ukraynadadır. Ukrayna prezidenti isə Saakaşvilinin özünün ştatdankənar müşaviri və prezident yanında islahatlar üzrə beynəlxalq məşvərət şurasının sədri təyin olunmasına dair fərman imzalayıb. Məlumatlara görə, Saakaşvili bu ölkəyə Qərbdən silah gətirilməsi məsələlərini koordinasiya edəcək. Keçmiş prezident özü bu barədə bildirib: "İndi ən vacib məsələ Ukraynaya silahla kömək etməkdir. Qarşıdakı bir neçə gün ərzində bu məsələni koordinasiya edəcəyəm, mən konkret müəssisənin əməkdaşıyam, müstəqil siyasətçiyəm, Gürcüstan vətəndaşıyam". O, Ukrayna vətəndaşlığı ilə bağlı təklifi qəbul etməsə də, özünü ukraynalı kimi aparacağını vurğulayıb. Saakaşvili onu da qeyd edib ki, daim Prezident Administrasiyasında olacaq. Onun sözlərinə görə, hansısa ofisi də ola bilər: "Mən daim Ukraynada, ondan kənarda gəzəcəyəm və bütün bu məsələləri həll edəcəyəm". Saakaşvilinin ekstradisiyası üçün Gürcüstan Baş Prokurorluğunun müraciətinə isə Kiyev imtina cavabı verib. İmtina cavabı Mixeil Saakaşvili Ukrayna prezidentinin ştatdankənar köməkçisi vəzifəsinə təyin edilməzdən əvvəl verilib. Qeyd edək ki, Gürcüstan Baş Prokurorluğu bir müddət əvvəl Ukrayna Baş Prokurorluğuna Gürcüstanın sabiq prezidenti Mixael Saakaşvilinin və keçmiş ədliyyə naziri Zurab Adeişvilinin həbs edilərək vətəninə ekstradisiya olunmasına dair müraciət edib. Lakin Kiyev bunu rədd edir. Belə bir vaxtda yayılan məlumatlara görə, Saakaşvili tərəfdarları, əslində, Ukraynada özlərinə qərargah yaradaraq Gürcüstanda yenidən hakimiyyəti ələ keçirmək üzərində baş sındırırlar. Bunu Kiyevdə səfərdə olan Gürcüstan parlamenti nümayəndə heyətinin üzvləri də təsdiq edir. Gürcüstanın sabiq baş prokuroru Zurab Adeişvili burada gürcü deputatlara bildirib: "İl yarım sonra biz sizin bütün arzuları puç olmuş o Gürcüstanınızı məhv edəcəyik. O zaman siz türmələrdə çürüyəcəksiniz. Bax, onda sizin yadına salacağam ki, mən burada nə edirəm".
Bu hədə-qorxu parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Viktor Dolidzəyə də ünvanlanıb. O da məlumdur ki, Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının əsas rəhbərləri hazırda Ukraynaya yığışıb.
Onların pulları və yaxşı əlaqələri var. Bu şəxslər hakimiyyətə qayıtmaq üçün güc yolundan istifadəni də istisna etmirlər. Bütün bunlar Azərbaycanın enerji resurslarının ixrac olunduğu tranzit məkan olan Gürcüstanı yeni çətin günlərin gözlədiyini göstərir. Belə vəziyyət isə Azərbaycanın da maraqlarına uyğun deyil.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ