"Minsk Qrupunun uğursuzluğu bizi daha effektiv mexanizmlər və yeni yanaşmalar axtarmağa vadar edir. Hesab edirəm ki, hər şeydən öncə biz həmsədrlik institutunun tərkibini nəzərdən keçirməli və formatı digər iştirakçı dövlətlərin cəlb edilməsi ilə genişləndirməliyik”.
APA-nın xəbərinə görə, bu sözləri ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev qurumun qış sessiyasında çıxışı zamanı deyib.