Bazar günü günü, 29 noyabr 2026
     

Azərbaycanın xarici borcalma məsələsi yenidən gündəmdə...

Image


Valyuta ehtiyatlarına görə dünyada ən yaxşı vəziyyətdə olan ölkələrdəniksə...

Bir çox dövlətlərlə müqayisədə xarici borc baxımından Azərbaycan əlverişli mövqedə olsa da, ölkəmizdə bu qəbildən olan borcların həcmində artım müşahidə olunur. Xüsusən son bir ildə sözügedən qəbildən olan borcların miqdarında yüksək artım qeydə alınır. Özü də bu o fonda baş verir ki, ölkənin valyuta ehtiyatlarının miqdarı 50 milyard dollardan artıqdır. Lakin Maliyyə Nazirliyinin məlumatından belə aydın olur ki, son bir il ərzində respublikanın xarici borcu 6,9% artıb.
Qeyd edək ki, 2015-ci il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 5 milyard 81,5 milyon manat və ya 6 milyard 478,2 milyon təşkil edib. Halbuki, 2014-cü il yanvarın 1-nə Azərbaycanın birbaşa və zəmanətli xarici borcu 4 milyard 753,2 milyon manat təşkil edib. Beləliklə, 2014-cü il ərzində respublikanın xarici borcu 6,9% artıb. Maliyyə Nazirliyinin məlumatında o da qeyd edilir ki, 2015-ci ilin əvvəlinə Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 8,6%-ni təşkil edir. Nazirliyin məlumatına görə, Azərbaycanın xarici borcunun 32,5%-ni 20 ildən yuxarı müddətə cəlb edilmiş kreditlər, 60,2%-ni 10-20 il müddətinə götürülmüş kreditlər, 7,3%-ni 10 il müddətinə götürülmüş kreditlər təşkil edir. Kredit vəsaitləri beynəlxalq və digər maliyyə institutlarından iqtisadi islahatların dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, o cümlədən su təchizatının yaxşılaşdırılması, elektrik stansiyalarının, avtomobil yollarının tikintisi, dəmir yolu və aviasiya xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı layihələrin reallaşdırılması və s. məqsədlər üçün cəlb edilib. Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından borclar götürülüb.
Yuxarıda qeyd olunduğu kimi, xarici borcların çoxalması valyuta ehtiyatlarının artması fonunda baş verir. Bu isə o deməkdir ki, Azərbaycan əslində xarici borc olmadan da istənilən layihəni reallaşdırmaq iqtidarındadır. Belə ki, ölkənin strateji valyuta ehtiyatları artıb və ümumi daxili məhsulun 70 faizinə çatır. Bu göstərici üzrə Azərbaycan dünyada ilk iyirmilikdəki yerini qoruyur. Strateji ehtiyatlar xarici dövlət borcunu 8 dəfədən çox üstələyir və 3 illik əmtəə və xidmət idxalını örtür. Həmçinin, Azərbaycanın beynəlxalq kreditor mövqeyi daha da yüksəlib. Qiymətləndirmələrə görə, ölkənin məcmu xarici aktivləri onun öhdəliklərini 2,7 dəfə üstələyir. Məhz bu şəraitdə xarici borcların artırılmasına hansısa lüzum olmadığı ekspertlərin böyük əksəriyyəti tərəfindən xüsusi olaraq vurğulanır.
Digər tərəfdən nəzərə almaq lazımdır ki, borcların qaytarılması və onlara görə ödənilən faizlər heç də ucuz başa gəlmir. Məsələn, cari ildə Azərbaycan hökuməti təxminən 1 milyard dollar məbləğində borc qaytaracaq. Ödəniləcək məbləğin 73 milyon 239 min manatını daxili dövlət borcu, 702 milyon 963 min manatını isə xarici dövlət borcu təşkil edəcək. Ölkədaxili borc ödənişlərinin 20 milyon 201 min manatlıq hissəsi faizlər, 53 milyon 37 min manatlıq hissəsi isə əsas borc olacaq. Xarici borc ödənişlərinin isə 239 milyon 670 min manatını faiz ödənişləri, 463 milyon 293 min manatını əsas borc təşkil edəcək. Ekspertlər bu fonda xarici borcun həcminin azaldılmasının zəruiri olduğunu qeyd edir. Düzdür, Azərbaycanda xarici borc səviyyəsi əksər ölkələrə nisbətən yaxşı durumdadır. Məsələn, Qərb ölkələrində iqtisadi böhran hələ tam səngimədiyindən, burada hökumətlərin borclanmaya getmək səviyyəsi də yüksək olaraq qalır. Məhz bu səbəbdən dünyanın bir çox nüfuzlu maliyyə qurumları beynəlxalq miqyasda borclanma səviyyəsinin artdığını bildirir. Bura, əsasən, böhrandan əziyyət çəkən Avropa ölkələri, o cümlədən Yunanıstan, İspaniya və digərləri aid olunur. ABŞ, Almaniya, İngiltərə, Yaponiya, İtaliya kimi ölkələrin borcları isə trilyonlarla dollar təşkil edir.
Adları çəkilən ölkələrin xarici borcları durmadan artır və hətta ümumi daxili məhsulun həcmindən də çoxdur. Həmin ölkələrlə müqayisədə xarici borc sahəsində Azərbaycanın vəziyyətinin dəfələrlə yaxşı olması isə heç kimə sirr deyil. Amma ekspertlər ölkəmizdə xarici borcun həcminin artdığını bildirir və bu məsələyə hökumətin daha çox diqqət yetirməsinin zəruriliyini önə çəkirlər. Bundan əlavə, mütəxəssislər cəlb edilən xarici kreditlərin böyük əksəriyyətinin qaytarılma vaxtının bir neçə il sonrakı dövrə təsadüf etdiyini də xatırladır. Həmin dövrdə borcların qaytarılması üçün büdcədən pul ayrılması problematik ola bilər. Məsələ burasındadır ki, dövlət gəlirlərinin əhəmiyyətli hissəsini təbii resursların satışı təşkil edir. Bir neçə il sonra onların dünya bazar qiymətini proqnozlaşdırmaq mümkün deyil. Gəlirlərin, eləcə də dünya bazarındakı dəyişikliklərin proqnozlaşdırılmasının mümkün olmadığı dövrlər üçün xarici borclanmaya getmək iqtisadi baxımdan təhlükəli sayılır. Çünki Azərbaycan bütün investisiya və sosial proqramları öz maliyyə vəsaitləri hesabına reallaşdıra bilər. Bu hal Azərbaycana həm təhlükəsizlik baxımından xeyli sərfəlidir, həm də xarici donorlardan, beynəlxalq maliyyə qurumlarından, xarici ölkələrdən asılılığın yaranmasına imkan vermir. Bu səbəbdən xarici borcların miqdarının azaldılması zəruri hesab olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ