Ukrayna ordusu ölkənin şərqində bir neçə gündür separatçıların mühasirəsində olan Debaltsevo şəhərini artıq tamamilə tərk edib. Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Ukrayna ordusu şəhəri dünən səhər saatlarından tərk etməyə başlayıb. Son məlumatlara görə, şəhər artıq tamamilə separatçıların əlinə keçib. məlumata görə Rusiyameylli separatçıların şəhərə yeni başçı da təyin ediblər.
Onu da qeyd edək ki, Budapeştdə səfərdə olan Rusiya prezident Putin iki gün əvvəl Poroşenkoya "Mühasirədəsiniz, Debaletsevonu təslim edin" xəbərdarlığı etmişdi.