"Müsavat rəhbərliyinin Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatına qoşulan müsavatçılara çağırış etməsi, onları nizamnaməni pozacaqları halda partiyadan çıxarılmaqla hədələməsi anlaşılan deyil”. Bu barədə Trend-ə hərəkatın təşkilat komitəsinin üzvü Vurğun Əyyub deyib.
V.Əyyub qeyd edib ki, nizamnaməni pozan üzv partiyadan azad edilə bilər: "Amma Müsavat Partiyasının nizamnaməsinin pozulub-pozulmamasının ADR ilə nə bağlılığı var?”
Onun sözlərinə görə, belə görünür ki, Müsavat rəhbərliyi sadəcə ADR-ə qısqanclıq göstərir və nizamnaməni bəhanə edib ADR-ə qoşulan müsavatçıları partiyadan uzaqlaşdırmaq niyyətindədir: "Bu bir qədər "O olmasın, bu olsun” filmində qoçuların xorla "aç qapını, gələk səni öldürək” oxumasına bənzəyir”.