Ümid Partiyası qarşıdan gələn parlament seçkilərində hansı formada iştirak edəcəyi və namizədlərinin müəyyən edilməsi istiqamətində iş aparır. Bu barədə Trend-ə partiyanın sədri İqbal Ağazadə deyib.
İ.Ağazadə partiyanın parlament seçkilərinə digər siyasi təşkilatlarla birgə gedəcəyi barədə ehtimalların olduğunu da vurğulayıb: "Azərbaycan Demokrat Partiyası, 125-lər siyasi klubu ilə bir yerdə gedəcəyimiz çox böyük ehtimaldır”.
O, rəhbərlik etdiyi partiyanın Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunmadığını da diqqətə çatdırıb: "Biz artıq orada yoxuq. Onlar blok yaratdı və biz də oradan çıxdıq”.
Bundan əvvəl Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da Trend-ə rəhbərlik etdiyi partiyanın Mərkəzdən çıxdığını deyib.