Bazar ertəsi günü, 08 dekabr 2025
     

Ermənistan parlamenti, Sürix protokolu, Sarkisyanın "Sürix qəsdi" qorxusu...

Image

Bir neçə gün əvvəl Ermənistan prezidenti 6 il əvvəl Türkiyə ilə Sürixdə imzalanmış və Türkiyə - Ermənistan sərhədinin açılmasını nəzərdə tutan protokolu parlamentdən geri götürüb. Məlumdur ki, Sarkisyan vaxtilə bu protokolu rəy vermək üçün parlamentə göndərmişdi. Təbii ki, bu bir oyun idi və Sarkisyana lazım olan ana qədər parlamentdə yatıb qalmalı idi. Bəs niyə məhz indi Sarkisyan protokolu parlamentdən geri götürdü? Sarkisyanın protokol oyunu, təbii ki, səbəbsiz deyil.
Səbəblər çoxdu. Bunlardan hansının həlledici olduğunu demək bizim üçün mümkünsüzdür, ancaq o səbəblərdən biri, təbii ki, həlledicidir. Bu günlərdə qardaş Türkiyənin baş naziri Əhməd Davudoğlu maraqlı bir bəyanat verdi. Ölkəiçi görüşlərinin birində dedi ki, Ermənistan indiyə qədər Azərbaycanın heç olmasa bir rayonunu azad etmiş olsaydı, biz sərhədləri açmaq barədə düşünə bilərdik. O günlərdə bəziləri bu sözə görə Davudoğluya "qılınc çəkdi" ki, niyə hamısı yox, tək bir rayon?! Məsələni bu qədər qatılaşdırmağa əsas yox idi. Davudoğlu bu saat Ermənistanla sərhəd açmır, ortada hörmətli Ərdoğanın da, Dovudoğlunun da çox aydın dediyi çoxdankı bir mövqe var ki, qardaş Azərbaycanın torpaqları işğaldan azad edilməsə, Ermənistanla sərhəd açılmayacaq. Dovudoğlu təkrar olaraq Ermənistana bir daha xatırlatdı ki, şərtimiz dəyişməyib, Azərbaycan torpaqlarının azad olunması bizim üçün sərhədlərin açılmasında yenə də əsas şərtdir.
Fikrimcə, Sarkisyan Davudoğlunun bu bəyanatından nəticə çıxardı, anladı ki, Sürix protokollarının gücü ilə Türkiyə-Ermənistan sərhədlərinin açılmasına bəslənən ümidlərin son parıltısının da üstünü torpaqlamaq lazımdır. Hamı bilir ki, Ermənistan heç bir ilkin şərt olmadan Türkiyə ilə sərhədlərin açılması və diplomatik münasibətlərin yaradılmasında iddialıdır, 2009-cu ildə imzalanmış Sürix protokolunun mahiyyətini də məhz bu cür başa düşür. Belədə Davudoğlunun "heç olmasa bir rayon cümləsi" ilə Sarkisyanın son ümidlərini dəfn etdiyi ortadadır.
Lakin Sarkisyanın yeni "Sürix oyununu" tək xarici faktorlarla bağlamaq məsələyə bitkin münasibət olmazdı. Ermənistanın içində gedən proseslər Sarkisyanın ümidlərinin, dəqiq desək, hakimiyyət ümidlərinin "burnunu ovmaqda" heç də Davudoğlunun məşhur cümləsindən az təsirli deyil. Fikir verin, son aylarda rus zabitinin qətlə yetirdiyi erməni ailəsinə görə ayağa qalxan cəmiyyət Sarkisyana həm birbaşa təhlükədir, həm də Sarkisyanın illər boyu isti qucağında xumarlanaraq hakimiyyət bəxşişi aldığı Rusiya kimi arxa-dayaqla münasibətlərini soyudan dolayı təhlükədir. İş o yerə çatıb ki, Rusiyada da erməni xalqına qarşı antipatiya baş qaldırıb, işə alimlər və jurnalistlər qoşulub, Rusiyasız Ermənistanın dövlətçiliyi "sabun köpüyüdür" kimi təhqiramiz bəyanatlar ölkəni bürüyüb.
İlham Əliyevin siyasəti, Davudoğlunun bəyanatının da göstərdiyi kimi, Azərbaycan-Türkiyə müttəfiqliyini daha da möhkəmləndirdiyi halda, Sarkisyanın siyasəti Ermənistanı 200 illik öz müttəfiqini itirmək həddinə gətirib, Rusiya-Ermənistan müttəfiqliyinə çox ağır zərbə vurulub. Sarkisyanın Avrasiya İttifaqına qoşulmaq qərarı erməni cəmiyyətini parçalayıb, onsuz da böyük olan işsizlər ordusuna bağlanmış bir zavodun yüzlərlə işçisi əlavə olunub, pensiyaçılar, müharibə veteranları ayağa qalxıb, Sarkisyanın şəklini küçələrdə izdihamla ayaq altına salıb üzünə tüpürürlər. Həmin cəmiyyət artıq açıq şəkildə müqayisələr aparmağa başlayıb ki, Sarkisyan kimdir, İlham Əliyev kimdir? Cəmiyyətin istehsal etdiyi cavablar onun özünə də çox maraqlı gəlir. Ermənilər görür ki, Sarkisyanın xarici siyasətdə atdığı son illərin ən böyük addımı olan Avrasiya İttifaqına qoşulmaq ölkə əhalisini, hətta xaricdə qüdrətli lobbini belə parçalayıb. Kasıb insanlar ittifaq çərçivəsində daha da yoxsullaşaraq "it gününə" qalacaqlarının əsas müqəssiri kimi Sarkisyanı və onun komandasını görürlər. Görürlər ki, Azərbaycanda isə əksinə, ölkə iqtisadiyyatı inkişaf etməklə yanaşı, Prezidentin atdığı xarici siyasət addımları nəinki Azərbaycanın vətəndaşlarını öz çevrəsində daha da sıxlaşdırır, eyni zamanda bütün Avropa İlham Əliyevə doğru daha da isinişir. Tək Cənub Qaz Dəhlizi ilə bağlı İlham Əliyevin apardığı prosesi əsas götürərək ona və Sarkisyana öz xalqlarının münasibəti arasında nə qədər dərin fərq olduğunu görə bilərik. Sadə erməni çox fərqindədir ki, Sarkisyanın portretləri Ermənistan küçələrində ayaq tapdağı olduğu bir vaxtda Azərbaycanda tam əks proseslər gedir. Ermənilər görür ki, Qarabağ problemi kontekstində bir vaxtlar tək Azərbaycan Prezidentinin özünün dediyi "status-kvo dəyişməli, böyük sülh sazişi üzərində iş başlamalıdır" sözləri indi həm də aparıcı "dünya prezidentlərinin" qətiyyətli bəyanatlarına çevrilib. İlham Əliyev "tək enerji marşrutları yox, həm də enerji mənbələri şaxələnməlidir" deyərək, faktiki şəkildə Avropaya yeni enerji strategiyası tezisi verəndə erməni cəmiyyətinin öz prezidentlərinə qarşı nifrətlərinin qat-qat artdığına mənim qəti şübhəm qalmır. İlham Əliyevin Avropanın Artasında erməni rəsmilərinə sərt şəkildə "Ermənistan əsgərləri Ağdamda nə gəzir ki, orada öldürülsünlər" deməklə yoxsulluqdan, korrupsiyadan, sabaha ümidsizlikdən, özgəsinin torpaqları üstündə ölməkdən bezmiş erməni cəmiyyətinin anti-Sarkisyan kin-küdurətini alovlandırdığına da şübhə etmirəm. Siyasət bir yana qalsın, Ağdamda öz təxribatlarının qurbanı olmuş erməni pilotlarının meyiti əvəzinə daş-çınqılı tabutlara yığdırıb basdırması erməni cəmiyyətinin gözü önündə üstü açılmış bir mənəvi rüsvayçılıq faktı kimi Sarkisyanı heç vaxt rahat buraxmayacaq. Bütün bunlara son vaxtlar ortaya çıxmış Moskvanın, şəxsən Putinin Sarkisyan hakimiyyətindən bezdiyi barədə ciddi mülahizələri də əlavə etsək, Sarkisyanın şəxsi faciəli gününə ağlamaqdan adamı bircə şey saxlayır - axı o, erməni faşistidir və əlləri günahsız Xocalı qurbanlarının qanına bulanıb...
Son günlər İrəvanda Sarkisyanın ən böyük siyasi müttəfiqi və Ermənistanın ən varlı oliqarxı sayılan partiya rəhbərinin barışmaz müxalifətə keçməsi, üç əjdahanın - "Çiçəklənən Ermənistan", Milli Konqres və "İrs" partiyalarının birləşməsi, dünyanın ən çoxbilmiş ermənisi Ter-Petrosyanın yenidən siyasi səhnəyə atılması, bütün bunların "Putin artıq Sarkisyandan yorulub" mülahizələri ilə eyni vaxtda baş verməsi, nəhayət Ermənistan parlamentinin böyük bir qrup deputatının istefaya hazırlaşması barədə xəbərlər Sarkisyanı dərin bir uçurumun gözlədiyinə ciddi işarədir. Bax, parlament, deputat istefası məsələsi ilə yazının əvvəlində hədəflədiyimiz çox ciddi mətləblərdən birinin üstünə gəlirik. Sarkisyan Sürix protokolunu niyə geri istədi? Ən incə təxminlərdən birinə görə, Sarkisyan parlamentdə ona qarşı daxili müxalifətyönümlü, hətta Rusiya, Qərbyönümlü əks düşərgənin yarandığından artıq şübhələnib. İndi Sarkisyan əmin deyil ki, Sürix protokolu məsələsində parlament sona qədər ona lazım olan mövqeni yekdilliklə nümayiş etdirəcək, ya yox. İstisna deyil ki, artıq içinə "xal düşmüş" parlament Sürix protokolunu Sarkisyanın özünə qarşı "qəsd protokoluna" çevirə bilər. Məsələn, Sarkisyanın həmin protokolun imzalanmasına razılıq verməsini "milli xəyanət" kimi dəyərləndirə, bununla da onun barəsində bədnamedici impiçment davası aça bilər. Sarkisyan üçün ciddi təhlükə deyilmi? Deyəsən, parlamentlə Sarkisyanın vuruşu yetişir...




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Qərbi Azərbaycanlıların qayıdışı MİLLİ İDEYADAN beynəlxalq platformaya çevrilir...

Qərbi azərbaycanlıların qayıdışı üçün səylər sürətləndirildi...

Azərbaycan, Türkiyə, ABŞ və Pakistan birgə hərbi təlimdə - Ermənistan niyə vahimələnib...

SON XƏBƏRLƏR

08.12.2025 / 21:45
Kreml ATƏT dövrü Qarabağ sənədlərinin açılmasından narahat olub...

08.12.2025 / 21:31
"Yeddi Yara" kilsəsi katolikosa qarşı mübarizənin mərkəzinə çevrildi - erməni keşişlərinin pornovideoları yayıldı...

08.12.2025 / 21:16
Rəsmi İrəvan Dohada da "dəhliz" sözündən qıcıqlandı - "niyə"sinə izah verilmir...

08.12.2025 / 21:02
Azərbaycan neft diplomatiyasında yeni yol açır - Hikmət Hacıyev anons verdi...

08.12.2025 / 20:49
Amerika alimi Ermənistanda türk yer adlarının kütləvi silindiyini ifşa etdi...

08.12.2025 / 20:35
Qərbi azərbaycanlıların qayıdışına BMT də cəlb olunur...

08.12.2025 / 20:23
MDU daha bir ilkə imza atdı - Dünyanın 19 ölkəsinin alimləri univetsitetə toplaşdı… - FOTO

08.12.2025 / 20:21
“Trampın təhlükəsizlik qarantiyası əvəzinə Ukrayna torpaqları Rusiyaya verilir" - Zelenskini nəyə məcbur edirlər...

08.12.2025 / 20:08
Qeyri-neft sektorunda inqilabi nəticə - 84 faizdən yuxarı...

08.12.2025 / 19:54
Ramiz Mehdiyev-Əli Kərimli xəyanət birliyinin 1990-cı illərin əvvəlinə dayanan şok məqamları üzə çıxır...

08.12.2025 / 19:40
Hikmət Hacıyev Taker Karlsona çox düz tövsiyə verib - ədalətli olmağın üsulu elə budur...

08.12.2025 / 19:27
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

08.12.2025 / 19:25
"Bizdə kifayət qədər böyük enerji potensialı var" - Prezident

08.12.2025 / 19:23
77 min yeni iş yerinin 92 faizini özəl sektor açıb...

08.12.2025 / 19:21
Prezident İlham Əliyev: "Bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyik"

08.12.2025 / 19:18
"Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycandan keçir" - Prezident

08.12.2025 / 19:14
Bratislavada Prezident İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

08.12.2025 / 19:12
Prezident İlham Əliyev: "Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək"

08.12.2025 / 19:10
"Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycandan keçir" - Prezident

08.12.2025 / 19:10
Tramp İlham Əliyevə nə demək istədi? - “Sizinlə qeyri-mümkün şeyləri edəcəyik”...

08.12.2025 / 19:07
"Slovakiya və Azərbaycan dost ölkələr və strateji tərəfdaşlardır" - Prezident

08.12.2025 / 18:57
ABŞ-ın yeni strategiyası - "Avropa çökür, Rusiya ilə müttəfiq olmalıyıq"...

08.12.2025 / 18:43
Prezident İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü olub - FOTO

08.12.2025 / 18:43
Qərbi Azərbaycanın mədəni irsinin bərpası gündəmə gətirildi...

08.12.2025 / 18:29
Putinlə Uitkoff Ukraynadan başqa 4 gizli sənədi də müzakirə ediblər...

08.12.2025 / 18:18
Prezident İlham Əliyevin Bratislavada rəsmi qarşılanma mərasimi olub - FOTO

08.12.2025 / 18:16
Qatil terrorçu Melkonyan hələ də İrəvanda “qəhrəman” sayılır - üstəlik “sülh” deyirlər...

08.12.2025 / 18:05
Trampın "söndürdüm" dediyi bütün müharibələr yenidən alovlanacaq, tək birindən başqa... çünki onu Tramp söndürməyib....

08.12.2025 / 17:56
“Tramp Ukraynanı satacaq” söhbətini Avropa liderləri məqsədli sızdırıblar...

08.12.2025 / 17:49
Prezident İlham Əliyev Slovakiyaya rəsmi səfər edib - FOTO

08.12.2025 / 17:43
Qərbi azərbaycanlılara qarşı törədilənlər beynəlxalq hüquqi qiymətini alacaq...

08.12.2025 / 17:29
Putin G7-lər klubuna qayıtmaqdan təəccüblü şəkildə imtina etdi...

08.12.2025 / 17:17
“Borçalı” İctimai Birliyi müraciət yaydı

08.12.2025 / 17:10
Rusiya Ukrayna sərhədində öz şəhərini bombaladı - yaralı və ciddi dağıntılar var…

08.12.2025 / 16:53
NATO Rusiya təyyarəsini vura bilər - Moskvaya xəbərdarlıq…

08.12.2025 / 16:50
Elm və Təhsil Nazirliyinin tabeliyindəki üç elmi istehsalat birliyi ləğv edildi

08.12.2025 / 16:36
Bakıda “Qızıl qaya” şadlıq evinin fəaliyyəti dayandırıldı

08.12.2025 / 16:23
Kommunal xidmətlərin Vahid İnformasiya Sistemi 2029-da istifadəyə veriləcək...

08.12.2025 / 16:10
Ermənidən betər bəla...

08.12.2025 / 16:08
Tramp Rusiya-Ukrayna məsələsində yenə məyus oldu - Putin sülh istəyir, Zelenski yox?...

08.12.2025 / 16:04
Azərbaycandan Ermənistana yanacağın ilk partiyası göndəriləcək

08.12.2025 / 15:52
Məmməd İbrahimli barəsində qərar qüvvədə saxlandı

08.12.2025 / 15:45
Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş sanballı əsər

08.12.2025 / 15:31
Rəşt-Astara dəmir yolunun tikintisinə gələn ildən başlanacaq...

08.12.2025 / 15:24
Könüllərdə yuva quran şəhid kapitan - Elçin Tağıyev...

08.12.2025 / 15:16
Bakıda İƏT Mədəniyyət Festivalının açılış mərasimi oldu

08.12.2025 / 15:09
Qərbi Azərbaycanlıların qayıdışı MİLLİ İDEYADAN beynəlxalq platformaya çevrilir...

08.12.2025 / 15:05
MEDİA “Fərdi jurnalist müsabiqəsi”nin nəticələrini açıqladı

08.12.2025 / 14:55
“Biz Gürcüstan azərbaycanlılarını maraqlandıran bir sual var” - Aygül İsayeva

08.12.2025 / 14:43
İki “ruh ekizi”, iki “təbii müttəfiq” - Abutalıb Səmədov yazır...

08.12.2025 / 14:28
Ədalət yer üzündə Allahın tərəzisidir

08.12.2025 / 14:14
Azərbaycan Qəzzaya kontingent göndərəcək? - Nazir məsələyə aydınlıq gətirdi...

08.12.2025 / 13:50
"İran və Azərbaycan arasında gediş-gəlişin artırılması nəzərdə tutulub" - Əraqçi

08.12.2025 / 13:41
Ağbənd-Kəlalə körpüsünün gələn ilin əvvəlində istifadəyə veriləcəyi gözlənilir

08.12.2025 / 13:14
Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü

08.12.2025 / 13:08
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı, iki nəfər saxlandı...

08.12.2025 / 12:51
Anar Zərdabinin heykəlinin köçürülməsini təklif etdi - "...restoranın qapıçısı kimi görünür"

08.12.2025 / 12:34
"Bakı İslam dünyasının yaradıcı ruhunu birləşdirən paytaxtlardan biri kimi çıxış edir" - İƏT-in Baş katibinin müavini

08.12.2025 / 12:24
Emin Əmrullayev dərslikləri tənqid etdi - "...müəlliflərin şəxsi yanaşmalarına əsasən hazırlanır"...

08.12.2025 / 12:16
Nazirlik Naxçıvanda “uşaq oğrusu” ilə bağlı yayılan görüntülərə aydınlıq gətirdi...

08.12.2025 / 12:07
Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin baş icraçı direktorunu qəbul etdi

08.12.2025 / 12:04
"General Makkininin səfəri Azərbaycanla müdafiə əməkdaşlığını möhkəmləndirdi" - ABŞ səfirliyi

08.12.2025 / 11:57
"Şagirdlərin üzərinə onların daşıya bilməyəcəyi qədər böyük gözləntilər qoyurlar" – Nazir

08.12.2025 / 11:35
Prezident Tofiq Bakıxanovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi

08.12.2025 / 11:28
Prezident İlham Əliyev Abbas Əraqçini qəbul etdi - FOTO

08.12.2025 / 11:07
"Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 81,4 faizə çatıb" - Şahmar Mövsümov

08.12.2025 / 10:46
3 ildə 1 ton 900 kq, 11 ayda 1 ton 600 kq - Komitə sədri narkotiklərlə bağlı rəqəmlər açıqladı...

08.12.2025 / 10:06
İki gün öncə itkin düşmüşdü, meyiti kanaldan tapıldı...

08.12.2025 / 10:01
"Əhalini təşvişə düşməməyə çağırırıq" - Müdafiə Nazirliyindən AÇIQLAMA

08.12.2025 / 09:20
Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa qar yağır - FAKTİKİ HAVA

08.12.2025 / 09:15
Bu gündən pullarınızı alacaqsınız - pensiyaçılara ŞAD XƏBƏR

08.12.2025 / 09:02
ABŞ 30-dan çox ölkənin vətəndaşlarına giriş qadağası qoyacaq

08.12.2025 / 08:41
Masazırda "BMW" yanıb, bir nəfər ölüb

07.12.2025 / 20:53
Suriyadan İsrailə "qırmızı xətt" xəbərdarlığı - bunsuz razılaşma mümkün deyil...

07.12.2025 / 20:20
Çernobılda təhlükəli vəziyyət - radiasiya sızmasına qarşı mühafizə qalxanı vuruldu…

07.12.2025 / 20:07
Abbas Araqçi Bakıya gəldi...

07.12.2025 / 18:44
HƏMAS şərtlərini açıqladı - bu halda silahlarımızı yerə qoymağa hazırıq…

07.12.2025 / 17:51
Trampın Ukrayna sülh planı iki məsələdə dalana dirəndi – Donetskin statusu və Zaporojye AES...

07.12.2025 / 17:18
Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər - FOTO

07.12.2025 / 16:38
Orban Avropa Birliyinin Rusiya ilə müharibəyə hazırlaşdığını iddia etdi - 2030-cu ilə qədər…

07.12.2025 / 14:23
"Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanılıb" - Prezident

77 min yeni iş yerinin 92 faizini özəl sektor açıb...

XƏBƏR ARXİVİ