İŞİD-in Suriyanın Kobani şəhərindən çıxarılmasından sonra ətraf kəndlər də qısa bir müddətdə kürd qüvvələrinin əlinə keçib. Bölgədə olan 163 kəndi İŞİD-dən geri alan kürdlər terrorçuların əmas mərkəzi kimi tanınan Rakkaya doğru irəliləməyə başlayıb.
Baki-xeber.com xəbər verir ki, suriyalı mülayim müxalif qruplardan da dəstək alan kürd qüvvələri Kobaninin cənubunda Rakka sərhədləri daxilindən olan və İŞİD-in nəzarət etdiyi bir yüksəkliyi ələ keçirib.
Suriya İnsan Haqqları Rəsədxanadan bildirilir ki, kürdlər ilk dəfə İŞİD-in mərkəzi sayılan Rakka sərhədlərinin içinə girib. Qarşıdurmalarda 35 İŞİD yaraqlısı və 4 kürd öldürülüb.