Ermənistan prezidenti Serj Sarkisyan parlamentdən erməni-türk protokollarını geri çağırıb. APA-nın "news.am” saytına istinadən verdiyi məlumata görə, S. Sarkisyan Ermənistan parlamentinin sədri Qalust Saakyana müvafiq məktubla müraciət edib.
Ermənistan-Türkiyə protokollarının imzalanmasından 6 il keçdiyini bildirən S. Sarkisyan bu müddət ərzində Türkiyə hökumətinin siyasi iradə nümayiş etdirmədiyini, əksinə "erməni soyqırımı”nın 100 illiyi öncəsi inkaretmə siyasətinin və tarixə düzəliş edilmə tendensiyasının geniş vüsət aldığını qeyd edib.