Bazar günü günü, 29 noyabr 2026
     

Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün təməl daşı statusunda...

Image



Avropanın alternativ mənbələrdən enerji resursları almaq üçün əsas tərəfdaş hesab etdiyi Azərbaycanla bu istiqamətdə qurduğu işbirliyi getdikcə dərinləşməkdədir. Bu xüsusda Bakıda Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclası olduqca yüksək qiymətləndirilir.
Avropa, ümumiyyətlə, Qərb rəsmilərinin reaksiyaları onların Cənub Qaz Dəhlizinə böyük ümidlərlə baxdığını göstərir. Hər halda, Qərb tərəfinin reaksiyası da bunu aydın göstərir. Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şevtsoviç bu xüsusda bildirir ki, Ukraynadakı böhran Avropaya neft və qaz tədarükünə mənfi təsir edir və bununla əlaqədar olaraq Avropa Birliyinin enerji resurslarının tədarük marşrutlarının şaxələndirilməsinə ehtiyacı var. Belə marşrutalan biri qismində Cənub Qaz Dəhlizi çıxış edir. Onun sözlərinə görə, hazırda Cənub Qaz Dəhlizi Avropa üçün prioritet təşkil edir: «Bu layihəyə cəlb edilən hər bir ölkə dəhlizin təhlükəsizliyini təmin etməlidir».
M.Şevtsoviç qeyd edib ki, Cənub Qaz Dəhlizi böyük, kompleksli, mürəkkəb layihədir, bütün ölkələr və şirkətlər onun reallaşdırılmasında sıx əməkdaşlıq etməlidir. O bildirib ki, Cənub Qaz Dəhlizi Avropa istehlakçılarına yeni təchizat marşrutu ilə yeni qazı nəql edəcək birinci əsas layihədir: «Avropa Birliyində apardığımız hesablamalara görə, istifadə etdiyimiz qazın 66 faizi, neftin isə 90 faizi idxal edilir. Gələcəkdə isə quruma idxal etdiyimiz qazın həcmi 84 faiz, neftin həcmi isə 94 faiz olacaq. Yaxşı bilirsiniz ki, idxal edilən neft və qazın əsas hissəsi üç qonşumuzdan - Rusiya, Norveç və Əlcəzairdən daxil olur. Lakin onu da açıq söyləməliyik ki, Ukraynadakı hazırkı böhran vəziyyəti daha da mürəkkəbləşdirdi. Biz mütləq şəkildə şaxələndirməni əvvəlkindən daha çox genişləndirməliyik». O, Cənub Qaz Dəhlizinin Avropa üçün böyük əhəmiyyət daşıdığını bildirir. ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun xüsusi nümayəndəsi Amos Hoçsteyn də Cənub Qaz Dəhlizinin vacib önəm daşıdığını vurğulayır: «Enerji təhlükəsizliyi məsələsi təkcə enerji ilə bağlı deyil. Bu sabitlik deməkdir. Geosiyasi sabitlik bu regionların iqtisadi firavanlığı deməkdir. Cənub Qaz Dəhlizi Avropa enerji təhlükəsizliyinin təməl daşıdır. Cənub Qaz Dəhlizi təkcə tranzit ölkələr və son nöqtə olan İtaliya üçün deyil. «Şahdəniz» konsorsiumunun 2-ci və 3-cü fazaları işə düşən zaman bu layihəyə əlavə qaz resursları cəlb oluna və beləliklə, bu layihənin potensialı daha da arta bilər».
Məlumat üçün bildirək ki, Azərbycan uzun müddət Avropanı təbii qazla təmin etmək gücündədir. Ölkəmizdə sübut edilmiş təbii qaz ehtiyatları 2,5 trilyon kubmetr, proqnozlaşdırılan qaz ehtiyatı isə 4-5 trilyon kubmetr təşkil edir. Bu baxımdan Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti var. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsi Xəzərdən Avropaya təbii qazın nəql edilməsi üçün nəzərdə tutulan böyük qaz boru kəməri layihəsidir. Layihə 4 hissədən - «Şahdəniz-2» təbii qaz yatağı, Cənubi Qafqaz Boru kəməri, «Transanadolu» qaz kəməri (TANAP) və «Transadriatik» (TAP) boru kəmərindən ibarətdir. Layihədə xüsusi əhəmiyyətə malik «Şahdəniz» qaz yatağı Azərbaycanın ən böyük qaz yatağı, dünyanın isə ən böyük təbii qaz yataqlarından biridir. Yataq təxminən 1,4 trilyon kubmetr təbii qaz ehtiyatına malikdir. Yatağın birinci mərhələsi olan «Şahdəniz-1» 2006-cı ildən istifadəyə verilib. Birinci mərhələ çərçivəsində ildə 9 milyard kubmetr təbii qaz istehsal edilir. Bunun da 6,6 milyard kubmetri Türkiyəyə göndərilir. İkinci mərhələ olan «Şahdəniz-2» isə Cənub Qaz Dəhlizi layihəsinin ən əsas hissəsidir. «Şahdəniz-2» yatağının 2018-ci ilə qədər istifadəyə veriləcəyi gözlənir. Bu isə Avropa üçün böyük önəm daşıyır. Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bu fonda qeyd edir ki, Azərbaycan Avropa Birliyinin əsas və daha etibarlı tərəfdaşıdır. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi Avropa və ölkənin ikitərəfli əməkdaşlığında mərkəzi yer tutur: «Hədəfimiz ondan ibarətdir ki, Cənub Qaz Dəhlizinin əsas infrastrukturu 2019-2020-ci illərdə istismara verilsin. Avropanın enerji təhlükəsizliyi strategiyası ilə yanaşı, Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi və tədarükü üzrə əsas layihə olaraq qalır. Məhz ona görə layihədə irəliləyişə yardım edəcək Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının ilk iclasının yüksək siyasi səviyyədə keçirilməsi çox mühüm hadisədir». Avropa komissarı Migel Arias Kanyete isə hesab edir ki, Avropaya cənub istiqamətindən qazın tədarükünün müxtəlif real və virtual layihələri arasında kəskinləşən qarşıdurma fonunda, eləcə də Yunanıstan kimi ölkələrin çətin anlaşılan fəaliyyəti ilə əlaqədar Avropa Birliyi Cənub Qaz Dəhlizinə birbaşa dəstək verir. Onun sözlərinə görə, Azərbaycan qazının Avropaya real tədarükünü nəzərdə tutan bu marşrut Avropa İttifaqının və enerji resurslarının tədarük mənbələrinin və marşrutlarının şaxələndirilməsi üzrə səyləri çərçivəsində prioritet qismində müəyyənləşib: «Biz enerji resurslarının tədarükünün, onun mənbələrinin və marşrutlarının şaxələndirilməsi səylərimizi ikiqat artıracağıq. Bu yaxınlarda «Cənub axını» ilə bağlı hadisə bizim üçün dərs və imkan olmalıdır. Bundan sonra diqqətimizi tədarükləri şaxələndirməyə imkan verən layihələrə yönəldəcəyik».





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ