Kanada Rusiyameylli separatçılarla ordu birlikləri arasında qarşıdurmaların yaşandığı Ukraynaya, ölkənin şərqindəki hərəkətliliyi izləmək üçün peyk dəstəyi verməyə hazırlaşır.
Baki-xeber.com xəbər verir ki, Kanada müdafiə naziri Jason Kenney Ukrayna prezidenti Petro Poroşenkonun sentyabr ayında Kanadaya səfəri zamanı dilə gətirdiyi kəşfiyyat dəstəyi məsələsini reallaşdıracaqlarını bildirib.