Ukraynada atəşkəsin bu gecə saat 00: 00-da qüvvəyə minəcək atəşkəsin başlamasına saatlar prezident Petro Poroşenko sərt xəbərdarlıq edib.
Baki-xeber.com xəbər verir ki, Ukrayna prezidenti atəşkəsə əməl olunmayacağı halda ölkə daxilində hərbi vəziyyət elan ediləcəyini bəyan edib. Ukrayna sərhəd qoşunları ilə bir araya gələn Poroşenko, "Əgər sülh olmasa, hərbi vəziyyət qərarı vermək məcburiyyətində qala bilərik. Bu yalnız Donetsk və Luqanskda deyil, bütün ölkə daxilində olacaq..." – deyə bildirib.
Ukrayna prezidenti atəşkəsə əməl edilməyəcəyi halda Avropa Şurasının təcili yığıncağını da çağıracaqlarını açıqlayıb: "Bazar günü erkən saatlarda ikitərəfli atəşkəs təmin edilməsə, biz Avropa Şurasını fövqəladə toplantıya çağıracağıq. Çünki Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Franıua Olland razılaşma çərçivəsində yalnız Almaniya və Fransanı təmsil etmir. Onlar bütün Avropa Birliyini təmsil edirlər...".
Poroşenko vəziyyətin yenidən gərginləşə biləcəyini də istisna etməyib.