NATO-nun baş katibi Jens Stoltenberg NATO-da, Ukraynanın şərq bölgələrində Rusiya Federasiyası Silahlı Qüvvələrinə bağlı qüvvələrin olduğuna dair dəlillərin olduğunu açıqlayıb.
Baki-xeber.com xəbər verir ki, Rusiya tərəfindən dəstək olmasaydı separatçıların bu qədər uğurlara imza ata bilməyəcəyini deyən Stoltenberg, "Kəşfiyyatlarımız Rusiyanın Ukraynanın şərq bölgələrində varlığına dair sənədlərə əsaslanan məlumatlar verir. Biz bunu müstəqil qaynaqlarda da görə bilərik. Ayrıca, Ukraynada həyatını itirən Rusiya vətəndaşı əsgərlər haqqında məlumat verən hökumətdə təmsil olunmayan təşkilatlardan da məlumat alırıq" - deyə bildirib.
Stoltenberg bildirib ki, Rusiyanın Krımı ilhaq etdiyi zaman yaşanan proseslər eyni ilə burada da təkrarlanır. NATO-nun baş katibi Rusiya tərəfdarı terrorçuların əlində Rusiyadan gələn əsgərlərin istifadə etdiyi müasir silahların olduğunu da qeyd edib.
Stoltenberg separatçıları dəstəkləyən Rusiyanın Ukraynanın ərazi bütövlüyünü pozduğunu bildirib.