Bir neçə gün əvvəl Minskdə Ukrayna böhranı ilə bağlı liderlər səviyyəsində görüş keçirildi. Zirvədə kameraların çəkdiyi bir səhnə internetdə ciddi mövzusuna çevrilib.
Videogörüntülərdə Ukrayna lideri Petro Poroşenko əvvəl onu izləyərkən ilişib yıxılan bir kameramanı əlindən tutub qaldırır və üzr istəyir. Sonra zirvəyə ev sahibliyi edən Belarus lideri Lukaşenko ilə qucaqlaşıb ayaq üstü söhbət edir.
Söhbət əsnasında bu dialoqları kamera yazır və onların danışığı dəqiq eşidilir. Tərəflər qısa söhbətdən sonra:
Poroşneko: "O dürüst olmayan, çirkli oyuna başladı ..."
Lukaşenko: "Bilirəm, bilirəm. Amma hər kəs bunu anladı".
Dialoqda haqqında danışılan şəxsin Putin olduğu ehtimal edilir.