"Müsavat Partiyasında azadlıqlara dəyər verilmədiyinə görə, təşəbbüslər sistemli şəkildə boğulur”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasından kənarlaşdırılan başqanlığa sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu deyib.
Q. İbadoğlu bildirib ki, son zamanlar partiya üzvlərinin hüquqlarına və Nizamnaməyə zidd addımlar daha da genişləndiyindən yaxın dövrdə əsas mübarizə müsavatçıların hüquqlarının müdafiəsinə yönəlib: "Bu mərhələni bitirdikdən, partiyadaxili repressiyaları dayandırdıqdan sonra növbədənkənar qurultay çağırışları yenidən gündəmə gələcək”.