Bazar günü günü, 29 noyabr 2026
     

Cənub Qaz Dəhlizi: bütün tərəflərin maraqlarına cavab verən unikal layihə

Image


Cənub Qaz Dəhlizi layihəsinin icrası çərçivəsində "Şahdəniz” yatağından hasil olunan qaz 2018-ci ildə Türkiyəyə, bir il sonra isə Avropaya çatacaq. 45 milyard dollar investisiya tələb edən bu layihə çərçivəsində ilkin mərhələdə 16 milyard kubmetr qaz nəqli nəzərdə tutulur.

Qazın 6 milyard kubmetri Türkiyəyə, qalan 10 milyard kubmetri isə Avropaya ötürüləcək. 2,5 trilyon kubmetr təsdiqlənmiş qaz ehtiyatları olan Azərbaycanın növbəti illərdə Avropaya nəql edəcəyi mavi yanacağın miqdarını 20 milyard kubmetrə çatdırmaq imkanı da var. Gələcəkdə, siyasi problemlər həll olunduqdan sonra bu layihəyə İraq və İranın qoşulma ehtimalını da nəzərə alsaq, Cənub Qaz Dəhlizi kəmərinin nə dərəcədə önəm kəsb etdiyini təsəvvür etmək çətin deyil.

Bu layihənin unikallığı bütün iştirakçı tərəflərin maraqlarına cavab verməsidir. Tarixi təcrübə göstərir ki, hansısa ciddi enerji layihəsi bazarda durumu dəyişdiyindən bazarın əsas iştirakçılarından ən azı birinin maraqlarını vurmuş olur. Cənub Qaz Dəhlizi layihəsi isə təkcə layihənin birbaşa iştirakçılarının deyil, həm də regional güclərin maraqlarını təmin edir. Buna səbəb həm də qlobal siyasi sistemdə gedən dəyişikliklər və Azərbaycanın bu prosesdə öz maraqlarını tam təmin edən mövqedə yer almasıdır.

Cənub Qaz Dəhlizi layihəsi Azərbaycana, layihədə birbaşa iştirak etməyən Rusiyaya, sürətlə enerji dövlətinə çevrilən Türkiyəyə və enerji nəqli marşrutlarının şaxələndirilməsində son dərəcə maraqlı olan Avropaya nələr verəcək?

***

Cənub Qaz Dəhlizi layihəsi ilə Azərbaycan enerji resurslarının şaxələndirilməsi kimi önəmli missiyanı yerinə yetirir. Bu layihə istər daxili siyasətdə ölkənin gəlirlərinin, xarici siyasətdə Azərbaycanın xüsusi çəkisinin artması baxımından ikili divident gətirəcək. Eyni zamanda Azərbaycan təkcə enerji nəqli marşrutlarının deyil, enerji mənbələrinin şaxələndirilməsində də önəmli rol oynamağa başlamış olur. Yeni layihənin daha bir strateji önəmi Cənub Qaz Dəhlizi xəttinin təxminən 30-dək ölkənin (hasilatçı, tranzit və istehlakçı) iqtisadi durumuna təsir etməsidir. Bu, həmin ölkələr arasında münasibətlərin yeni səviyyədə qurulmasını, münaqişələrin arxa plana, sabitlik faktorunun ön plana keçməsi deməkdir. Layihənin müəllifi olan Azərbaycan bu mənada Asiya və Avropada sabitliyin bərqərar olmasına da dolayı yolla öz töhfəsini vermiş olacaq. Bu mənada Cənub Qaz Dəhlizini həm də sülh, siyasi və iqtisadi sabitlik layihəsi kimi də dəyərləndirmək lazımdır.

***

Azərbaycanın sağlam rəqabətə əsaslanan enerji siyasəti Rusiyanı rəqib deyil, tərəfdaşa çevirmiş oldu. Rusiya artıq bu layihəni qaz bazarında mövqelərinin itirilməsi kimi deyil, normal bazar rəqabəti kimi dəyərləndirir. Avropanın enerjiyə olan tələbatı ildən-ilə artır və Rusiya mövcud durumda həm iqtisadi, həm siyasi səbəblərdən bu tələbatı təkbaşına ödəmək iqtidarında olmadığını anlayır. Bu mənada bazara başqa birinin deyil, məhz Azərbaycan kimi tərəfdaş ölkənin daxil olması Rusiyaya sərf edir. Eyni zamanda Cənub Qaz Dəhlizi Rusiyaya Qərblə münaqişədə əlavə manevr imkanları və üstünlüklər yaradır. İstər Cənub Qaz Dəhlizi, istərsə "Türk axını” layihəsi Avropanın mavi yanacaqla təminatında Türkiyənin xüsusi çəkisini birə beş artırmış olur və Rusiya bu layihələrə dəstək verməklə Qərb-Rusiya çəkişməsində Türkiyə kimi önəmli dövləti öz tərəfinə çəkir (yaxud neytrallaşdırır).

İkinci bir məqam Ukrayna ilə bağlıdır. Ukrayna Rusiya qazının Avropaya nəqlində tranzit ölkə rolunu oynayır və qaz tranzitində faktiki inhisarçı mövqeyə sahibdir. Qərbin münaqişədə Ukraynanı müdafiə etməsinin əsas səbəblərindən biri də budur. Cənub Qaz Dəhlizi layihəsi Rusiyaya Avropanı qazla təmin etmək üçün alternativlərin olduğunu göstərmək imkanı verir.

Üçüncü məqam ağır iqtisadi böhran səbəbilə Rusiya Avropada yeni nəql kəmərlərinin çəkilməsi siyasətindən imtina edib və faktiki olaraq "Qazprom” yaxın illərdə yeni kəmərlərin çəkilməsində iştirak etməyəcək. Moskvanın siyasəti "qaz var, gəlin özünüz aparın” anlamı daşıyır və bu mənada özünün iştirak etmədiyi, lakin nə vaxtsa imkanlarından yararlanan biləcəyi yeni kəmərlərin tikintisi Rusiyanın maraqlarına tam cavab verir.

***

Qeyd olunduğu kimi, son 20 ildə Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropaya çıxarılmasına hesablanan layihələr Türkiyənin həm enerji dövləti, həm tranzit ölkə kimi xüsusi çəkisini artırır. "Türk axını” layihəsindən sonra Cənub Qaz Dəhlizi layihəsi də Türkiyənin bu strateji mövqeyini daha da möhkəmləndirmiş olacaq. Digər tərəfdən Türkiyə bu layihə çərçivəsində daxili istehlak üçün daha ucuz qiymətə mavi yanacaq əldə etmiş olacaq ki, istər dünyanı bürüyən iqtisadi böhran, istərsə ölkənin rəqabətə davamlılıq qabiliyyətini artırmaq baxımından Ankara üçün bu layihə əvəzsizdir. Üçüncü bir məqam Avropaya qaz nəqlinin əsas fiqurlarından birinə çevrilən Türkiyənin AB ilə münasibətlərdə əlavə manevr imkanı qazanmasıdır. Nəzərə alsaq ki, Ankaranın Avropa ilə münasibətlərində belə təzyiq imkanları demək olar ki, yoxdur, o zaman Cənub Qaz Dəhlizi layihəsinin Türkiyə üçün nə dərəcədə dəyər kəsb etdiyini təxmin etmək olar.

Mavi yanacaqla təchizat problemi Avropa Birliyi üçün hər zaman ciddi problem olub və son onilliklərdə Rusiya ilə münasibətlərin əsasını təşkil edib. Enerji nəqli marşrutlarının şaxələndirilməsi hər zaman Avropa Birliyinin yürütdüyü siyasətin əsas tərkib hissəsi olub. Avropa

a) enerji təminatı baxımından asılılıq problemini heç vaxt ciddi şəkildə həll edə bilməyəcəyini,

b) bu məsələdən hər zaman ona qarşı təzyiq vasitəsi kimi istifadə ediləcəyini,

c) mavi yanacaqla təminat faktorunun Avropanın bütövlüyünə qarşı təhdid olduğunu və separatçılıq meyllərini (özəlliklə Şərqi Avropada) gücləndirəcəyini

bir gerçək kimi qəbul etməyə başlayıb. Avropaya gələn qazın bir mərkəzdən bölüşdürülməsini nəzərdə tutan Vahid Qaz İttifaqının yaradılması bunun nəticəsidir. Bu mənada Avropa istənilən halda alternativ enerji nəqli marşrutunun yaradılmasında maraqlıdır.

***

Göründüyü kimi, Cənub Qaz Dəhlizi bütün iştirakçı dövlətlərin, regional güclərin maraqlarına cavab verir. Prosesin bütün tərəfləri yaxın on illər ərzində Azərbaycan qazının Avropa iştirakçıları üçün yeganə yeni qaz mənbəyi olduğunu anlayır, buna görə Azərbaycanın Cənub qaz dəhlizinə əsas töhfə verən və bu layihəni həyata keçirən ölkə olduğunu qəbul edirlər.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ