Amerikalı konqresmen Maykl Törner 2015-ci ilin 12 fevral tarixində ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələrin protokoluna əlavə edilməsi üçün bəyanat verib. APA-nın məlumatına görə, bəyanatda konqresmen M. Törner Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini vurğulayaraq Bakı-Tiflis-Ceyhan boru kəməri və Cənub Qaz Dəhlizinin əhəmiyyətini önə çəkib.
Amerikalı konqresmen bəyanatında Avropanın enerji təhlükəsizliyinin təmin olunması və regional sabitliyin gücləndirilməsi istiqamətində Azərbaycanla əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.
Həmçinin bəyanatda geosiyasi enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində Azərbaycanın ABŞ-ın vacib tərəfdaşı olduğu vurğulanıb.