Bazar günü günü, 29 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Ermənilər Tehranda tikə-tikə doğranmış Qriboyedovun dilindən Azərbaycana yeni qəsd hazırlayır
Tarix: 13.02.2015 / 02:40
Bölmə: Siyasət
Bu kinodur, ancaq kino deyil...
Sergey Dmitriyev: «Qriboyedovun günahı onda idi ki, bu köçürülməyə sona qədər nəzarət edə bilmədi»
«Qriboyedov öldürülməsəydi, ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi zamanı yerli əhalinin tələbləri nəzərə alınacaqdı»
Rusiyanın məşhur rejissoru Nikita Mixalkovun Aleksandr Qriboyedov haqqında çoxseriyalı film çəkməyə hazırlaşdığını bəyan etməsi Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. APA-nın xəbərinə görə, tanınmış rejissor Rusiya mətbuatına açıqlamasında Azərbaycan oxucusunun marağına səbəb ola biləcək bir ifadə işlədib. O, çar Rusiyasının İranda səfiri olmuş Aleksandr Qriboyedovun 40 min ermənini Dağlıq Qarabağa yerləşdirdiyini söyləyib:
«Bu filmin ssenarisi 1985-ci ildə yazılıb. Biz o zaman filmi Qarabağda başlanan hadisələrə görə çəkə bilmədik. Çünki müharibə başlandı və filmin çəkilişi sadəcə mümkün olmadı».
Rejissorun fikrincə, A.Qriboyedovun qətli ingilislər tərəfindən planlaşdırılıb: «Bu, tarixi hadisəyə mənim baxışımdır, yəni Aleksandr Qriboyedovun həyatı və ölümü, inanılmaz, o cümlədən tarixi faktlar əsasında yazılmış ağlagəlməz ssenaridir».
Maraqlı məqamlardan biri də Aleksandr Qriboyedovla bağlı çəkiləcək filmin ssenari müəlliflərindən birinin milliyyətcə erməni Aleksandr Adabaşyan olmasıdır. Rus və erməni ssenaristlər tərəfindən yazılacaq filmdə ermənilərin Dağlıq Qarabağa məhz Qriboyedov tərəfindən köçürülməsini etiraf etmələri şübhə doğurur. Ermənilərin XIX əsrdə Qarabağa gəldiklərini tarixi filmdə göstərmələri heç də inandırıcı deyil. Çox güman ki, erməni Adabaşyanın müəlliflərindən biri olduğu filmin ssenarisində ermənilərin İrandan Qarabağa köçürülməsi ermənilərin öz yurd-yuvalarına qaytarılması kimi təsvir olunacaq.
Bu məqsədlə agentliyin əməkdaşı Rusiyada Aleksandr Qriboyedovun həyat və yaradıcılığı, diplomatik fəaliyyətinin araşdırıcısı olan tanınmış tarixçi, Rusiyanın əməkdar mədəniyyət işçisi, Rusiya Yazıçılar Birliyinin katibi Sergey Dmitriyevlə Qriboyedovun İrandakı diplomatik fəaliyyəti, ermənilərin Dağlıq Qarabağ yerləşdirilməsi ilə bağlı söhbətləşib.
Bu günlərdə A.S.Puşkin adına Ədəbiyyat Muzeyində Sergey Dmitriyevin «Aleksandr Qriboyedov: Moskvadan Tehrana» adlı sərgisi açılıb. Sərgidə Qriboyedovun Tehranda rus səfiri kimi çalışdığı binanın görüntüləri, Qriboyedovun 1828-ci ildə imzalanan Türkmənçay sülh müqaviləsi zamanı görüntüsünü əks etdirən nadir fotolar, «Ağıldan bəla» əsərinin orijinalı, İran və Azərbaycandakı fəaliyyətini əks etdirən nadir eksponatlar sərgilənib.
Sergey Dmitriyev Aleksandr Qriboyedovun Azərbaycana dilinə, poeziyasına və musiqisinə vurğun olduğunu bildirib: «Qriboyedov ilyarımdan çox indiki İranın şimal hissəsində, Azərbaycanda yaşayıb. Məşhur «Ağıldan bəla» əsərini də Azərbaycanda yazmağa başlayıb. O, İrana gedərkən yolunu hər zaman Azərbaycandan salıb, Azərbaycanın bir çox şəhərlərində olub. 1819-cu ildə yazdıqlarına baxsanız görərsiniz ki, Qriboyedov Naxçıvanı, Culfanı və gəzdiyi digər Azərbaycan şəhərlərini necə təsvir edib. Bir çox xarici dilləri bilən Qriboyedov Azərbaycan dilini də öyrənib. Bu işdə ona yaxın dostu, dahi Azərbaycan mütəfəkkiri Abbasqulu Ağa Bakıxanov yaxından kömək edib. Bakıxanovla Qriboyedov arasında yaxın dostluq əlaqələri olub. Bu gün sərgidə nümayiş olunan fotoların birində Bakıxanovla Qriboyedovu yan-yana görə bilərsiniz».
Dağlıq Qarabağa ermənilərin köçürülməsi ilə bağlı tarixi məqama toxunan S.Dmitriyev bildirib ki, A.Qriboyedov ermənilərin bu ərazilərə köçürülməsində iştirak etsə də, bu işdə tam günahkar deyil: «Qriboyedov iki dəfə Tehrana gedib. İlk dəfə 1919-cu ildə 6 aylıq müddətə, daha sonra isə 1828-ci ildə. İkinci gedişində məlum faciəvi hadisə baş verib. Qriboyedovu səfirliyin binasında vəhşicəsinə öldürüblər. Nəyə görə bu hadisə baş veribğ Tarixçilər bir sıra versiyalar irəli sürür. Qriboyedovun ikinci dəfə Tehrana göndərilməsi əslində ona qarşı hazırlanmış tələ idi. 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsi məğlub ölkə İran üçün olduqca ağır idi. Çünki bu müqavilə ilə Naxçıvan və İrəvan xanlığı Rusiya imperiyasının tərkibinə daxil oldu. Həmin müqavilənin şərtlərinə görə, İran Rusiyaya pul ödəməli, əvvəlki illərdə əsir götürdüyü şəxsləri geri qaytarmalı idi. Vacib məsələlərdən biri də ermənilərin köçürülməsi məsələsi idi. Həmin illərdə 70 min erməni 2-3 il ərzində İrandan Azərbaycana köçürüldü. Belə alındı ki, həmin ermənilər Qarabağ və Naxçıvan xanlığının ərazisinə köçürüldülər. Burada vacib olan məsələ odur ki, Qriboyedov Naxçıvanda olan zaman bu məsələlərlə şəxsən özü məşğul olub. Hətta o, nazirə məktubunda bildirir ki, ermənilər yerləşdirilən zaman yerli əhalinin tələbləri mütləq diqqətə alınsın, köçürülmə bərabər hüquqlu şəkildə həyata keçirilsin. Lakin Qriboyedovu eşidən olmayıb. Qriboyedovun günahı onda idi ki, bu köçürülməyə sona qədər nəzarət edə bilmədi. 6 aydan sonra Qriboyedov öldürüldü. Əgər o sağ qalsaydı, çox güman ki, ermənilər Azərbaycan ərazilərinə köçürülən zaman yerli əhalinin tələbləri nəzərə alınacaqdı. Qriboyedovun özünün yazdığı hesabatda 4 min erməni ailəsinin İrandan köçürüldüyü qeyd olunub. Bu köçürülmə 1828-ci ilin sonunda baş vermişdi».
Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi bəndinin Türkmənçay müqaviləsinə A.Qriboyedovun təşəbbüsü ilə əlavə edilməsi ilə bağlı suala rusiyalı tarixçi belə cavab verib: «Türkmənçay müqaviləsini Qriboyedov özü yazmışdı. Lakin müqaviləyə 15-ci, ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi maddəsinin əlavə olunması məsələsinə gəldikdə, deyə bilərəm ki, bu məsələ 1813-cü ildə imzalanan Gülüstan sülh müqaviləsində də öz əksini tapmışdı. Ona görə də erməni köçünün Qriboyedovun təşəbbüsü ilə həyata keçirildiyi demək əsassızdır. Burada bir məsələ də var. 1795-ci ildə Qacar Tiflisi işğal edən zaman çoxlu xristian əhalini əsir almışdı. Türkmənçay müqaviləsinin bu bəndində həmin xristian əsirlərin də geri qaytarılması vardı».
S.Dmitriyev A.Qriboyedovun qətlinin əvvəlcədən planlaşdırıldığını qeyd edib: «Həmin illərdə Rusiya-Osmanlı müharibəsi gedirdi. İngilislər Rusiyanı zəiflətmək üçün İranla Rusiya arasında yeni müharibənin olmasını istəyirdilər. Ona görə də Tehrandakı səfir Aleksandr Qriboyedov vəhşicəsinə qətlə yetirildi. Bu işdə həm ingilislər maraqlı idi, həm də şah aristokratiyasında təmsil olunan qüvvələr...»
Rusiyalı tarixçi A.Qriboyedovun qətlində İran şahının xacəsi olan milliyyətcə erməni şəxsin rolunu xüsusi vurğulayıb: «Milliyyətcə erməni olan xacə İran şahının maliyyə məsələlərinə baxırdı. O, Tiflisdə əsir götürülən ermənilərdən idi. Bir sıra tarixçilər erməni xacənin ingilis kəşfiyyatının casusu olduğu qənaətindədir. O, Aleksandr Qriboyedovun ölümü ilə nəticələnən təxribatın törədilməsinin əsas səbəbkarı idi. Bu işdə əsas rolu xacə oynayırdı. Onu Qriboyedovun yanına göndərmişdilər ki, orada iğtişaş salsın. İran şahı xacəni pul oğurlamaqda ittiham edir, xacə isə Qriboyedovla görüşməyə can atırdı. Qriboyedov onu qəbul etmək istəməsə də, xacə rüşvət müqabilində Qriboyedovun qəbuluna düşə bilmişdi. İngilislər İran tərəfinin oğru bir şəxsin rus səfiri tərəfindən himayə olunmasının mənfi reaksiya doğuracağını yəqin etmişdilər. Belə də oldu, səfirlikdə Qriboyedovla birlikdə olan 37 nəfər vəhşicəsinə qətlə yetirildi. Erməni xacənin ingilis casusu olmasına dair çoxlu sübutlar var».
Rusiyalı tarixçi rejissor Nikita Mixalkovun «Qriboyedov» filmində tarixi həqiqətləri düzgün əks etdirəcəyinə şübhə ilə yanaşdığını da söyləyib: «Nəzər alsaq ki, filmin ssenarisini Aleksandr Qriboyedovun həyat və yaradıcılığını tədqiq edən insanlar yazmayıb, o zaman filmdə tarixi həqiqətlərin nə dərəcədə əks olunacağını söyləmək çətindir. Nə Aleksandr Adabaşyan, nə də Nikita Mixalkov Qriboyedovun araşdırmaçısıdır».
DİGƏR XƏBƏRLƏR
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
Tarix: 28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
Tarix: 28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
Tarix: 28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
Tarix: 28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
Tarix: 27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
Tarix: 27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
Tarix: 27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
Tarix: 27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal
- Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ