Bazar günü günü, 29 noyabr 2026
     

Əli Həsənov ABŞ-Azərbaycan münasibətlərinin bu gününü dəqiq və orijinal ifadə etdi

Image


"Azərbaycan münaqişələrin hərb yolu ilə həllinin tərəfdarı deyil. Müasir dövrdə hərbi yoldan daha üstün vasitələr var. Silahlanmaq milli təhlükəsizliyin və daxili sabitliyin pozulması kimi pis nəticələrə yol aça bilər". Trend xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Financial Times"-a müsahibəsində deyib.

PA rəsmisinin sözlərinə görə, Azərbaycan xarici siyasətində nə Qərbin, nə də Rusiyanın təsirindədir və dünyadakı bütün ölkələrin ərazi bütövlüyünün dəstəkçisidir.

Ə.Həsənov Azərbaycan hökumətinin Qərb tərəfindən ölkəmizin Dağlıq Qarabağ və 7 ətraf rayonunun ermənilər tərəfindən işğalına ciddi yanaşılmamasından məyus olduğunu ifadə edib: "Biz Qərbin qərəzli və ikili standartlara uyğun mövqe nümayiş etdirməsinin əleyhinəyik. Bir münaqişədə işğalı separatçı rejim adlandırır, digərində isə bunu etmir”.

Əli Həsənov müsahibəsində Ermənistan ilə Azərbaycan arasında baş verən atəşkəs rejiminin pozulması hallarını qınayıb. PA rəsmisi qeyd edib ki, ABŞ və müttəfiqləri Ermənistanın beynəlxalq qurumlara üzvlükdən çıxarılması üçün tədbirlər görməlidir.

Hökumət rəsmisi ABŞ ilə Azərbaycan arasında dünya mətbuatında əksini tapan gərginlik məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, gərginlik ABŞ hökuməti ilə deyil, bu ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə yaranıb. Azərbaycan ilə ABŞ xüsusilə terrorizmə qarşı mübarizə və enerji sahələrində yaxından əməkdaşlıq edirlər. Təəssüflər olsun ki, Azərbaycanın imicinə xələl gətirmək və ABŞ-Azərbaycan münasibətlərini korlamaq istəyən qüvvələr var. Lakin bütün bunlara baxmayaraq Azərbaycan Qərb ölkələri ilə strateji tərəfdaşlıqda maraqlıdır.

Ə.Həsənov vurğulayıb ki, Azərbaycan ilə Qərbin müştərək problemləri də var. Təxminən 300-ə yaxın azərbaycanlı Suriyada islamçı ekstremistlərlə birgə mübarizə aparmaq üçün Azərbaycanı tərk edib və həmin şəxslər ölkəyə qayıdanda təhlükəsizlik təhdidi yaradırlar. Bəzi qüvvələr Azərbaycanı radikal, fundamentalist ölkə kimi görmək istəyir. Bəziləri də Azərbaycanın dünyəvi dövlət strukturunu görməməzliyə vurur.

Şöbə müdiri son vaxtlar dünyada baş verən maliyyə problemləri və bunun ölkəmizə təsirləri bərədə də məlumat verib. Ə.Həsənov qeyd edib ki, Azərbaycan hökuməti neftin qiymətinin kəskin azalmasının ölkə iqtisadiyyatına mənfi təsirlərinin qarşısını almağa qadirdir. Belə ki, bank depozitləri, əmlak satışı və avtomobil kimi lüks əşyaların idxalına yeni vergilərin tətbiqi büdcəyə mənfi təsirləri aradan qaldıracaq. Özəl və qeyri-neft sektoruna isə yeni vergilər tətbiq edilməyəcək. Bu sahələrin inkişafı ölkə iqtisadiyyatının gələcəyi üçün vacibdir.

Manatın devalvasiyasına da aydınlıq gətirən Ə.Həsənov valyutamızın dollar qarşısında zəifləyən avroya uyğunlaşdırılaraq dəyərdə saxlanılmasının planlaşdırıldığını bildirib.

Jurnalistlərə açıqlama verən Əli Həsənov deyib ki, "Biz ABŞ ilə Azərbaycan arasında gərgin münasibətlər müşahidə etmirik". PA rəsmisi qeyd edib ki, ayrı-ayrı ekspertlərin, hüquq müdafiə təşkilatlarının və yaxud da ayrı-ayrı mərkəzlərin müxtəlif məsələlərlə bağlı öz rəyləri ola bilər: "Amma Azərbaycanla ABŞ arasında iqtisadi, siyasi, sosial və digər sahələrdə əməkdaşlıq davam edir. Həmçinin beynəlxalq sülh yaratma prosesində, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində, beynəlxalq enerji təhlükəsizliyi, Xəzər dənizi və Cənubi Qafqaz regionunun transmilli nəqliyyat-kommunikasiya xətlərinin birgə formalaşdırılması və digər məsələlərdə əməkdaşlıq səngiməyib”.

Ə.Həsənovun sözlərinə görə, bəzi dairələr bu münasibətləri kəskinləşdirməyə çalışırlar, onlar ABŞ mediasında ara-sıra Azərbaycanla bağlı neqativ yazılar dərc etdirirlər. Həmin materiallar bir qayda olaraq gerçəkliyi əks etdirmir və ikitərəfli münasibətləri korlamaq istəyən ayrı-ayrı mərkəzlərin sifarişləri əsasında hazırlanır və yayımlanır: "Biz bunların qarşısını almağa çalışırıq və düşünürük ki, ABŞ hökuməti də buna çalışır".

"ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa, Asiya və artmaqda olan təhdidlər üzrə alt komitəsində Azərbaycanla bağlı dinləmələri normal qarşılayıram" - deyən PA rəsmisi qeyd edib ki, Azərbaycan parlamenti, QHT-ləri də ümumi şəkildə və ya ayrı-ayrı ölkələrdəki proseslərlə bağlı müzakirələr, dinləmələr keçirirlər: "Lazım olarsa, biz də hökumət olaraq belə dinləmələr keçirə bilərik. Demokratik, siyasi-plüralistik normaların hökm sürdüyü müasir dünyada belə şeylərə görə kimisə günahlandırmaq olmaz. Qoy ABŞ-da da Azərbaycanın həyatını olduğu kimi təhlil etsinlər, münasibət bildirsinlər. Biz də olduğu kimi ABŞ-da baş verən prosesləri təhlil edib münasibət bildiririk. Sadəcə olaraq belə müzakirələr keçirməyin bir prinsipial məqamları var: ora təkcə anti-Azərbaycan qüvvələri deyil, eyni zamanda, Azərbaycandakı mövcud vəziyyəti doğrudan da bilən və obyektiv qiymətləndirən insanlar da dəvət olunmalı, müzakirələri birtərəfli yox, neytral aparmaq lazımdır".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ