Bazar günü günü, 29 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
ABŞ-ın yeni səfirinin Bakıda ilk ziyarət edəcəyi ünvan(lar)...
Tarix: 12.02.2015 / 02:37
Bölmə: Siyasət
ABŞ-ın yeni təyin olunmuş səfirinin özündən qabaq qanadlı sözləri Azərbaycana gəlib çatdı. Bir çoxlarının dediyinə görə, diplomatiyada, hətta diplomatların evində belə heç nə təsadüfən baş vermir. Diplomatiyada hər xırda şeyin də xüsusi məntiqəuyğun məna daşıdığını iddia edən bu qrupdan fərqli olaraq, digərləri klassik diplomatiyanın bütün təsadüf və zərurətlərinin Taleyran, Fuşe, Çörçill, Çiçerin, Molotov kimi korifeylərin sirli-müəmmalı karyeraları ilə birgə cəmi bircə metr dərinliyində soyuq məzarlara gömülərək bizdən neçə on illərlə ölçülən məsafə boyunca keçmişlərdə qaldığını deyir.
Bu qrupun inamına görə, bütün gündəlik həyatını az qala yatağına qədər öz peşə və xidmət maraqlarına uyğun qurmağa çalışan klassik diplomatlardan fərqli olaraq, indikilər o dövrün bütün stereotiplərindən çıxaraq adi insanlarsayağı yeyib-içən, əylənən, hətta şəxsi həyatının bəzi məqamlarını belə ictimai müşahidə altında yaşayan sadə bir zümrəyə çevriliblər. Bir sözlə, bizi inandırmaq, hamıya təlqin etmək istəyirlər ki, Tehran konfransından sonra Stalinin bığ altında bic-bic gülümsəyərək çəkdirdiyi fotodan fantastik bir uzaqgörənliklə "Çin əldən getdi" kimi müdrik geosiyasi nəticə çıxarmış Çörçilsayağı peşəkarlıq indikilərin göstəricisi və ya xüsusiyyəti deyil.
Kimin haqlı olduğunu hər kəsin şəxsi mülahizəsinə buraxaraq ABŞ-ın Azərbaycana təyin etdiyi yeni səfir - cənab Sekutanın üzərinə qayıdaq.
Onun yaxın günlərdə Bakıya gəlməzdən öncə Azərbaycan xalqına "ekzotik" xəbər elementləri ilə müşayiət olunan müraciət göndərməsi xeyli diqqət çəkən hadisəyə çevrilib. Özü də ABŞ-ın ən varlı kitabxanalarının birindən...
Söhbət Belizin, Surinamın səfirindən getmir
Cənab Sekutanın müraciətinə Azərbaycan ictimaiyyəti və medianın dinamik marağı bir çox motivlərlə bağlıdır. İlk növbədə hamı fərqindədir ki, söhbət Belizin, Surinamın yox, "ABŞ Şimali Amerikanın bir hissəsi yox, siyasi mənada bütün dünya deməkdir" fəlsəfəsini azı 60 ildir dövlət siyasətinin əsas konsepsiyasına çevirmiş bir ölkənin səfirindən gedir. ABŞ-ın indiyə qədərki səfirlərinin bir çoxunun xüsusi fəaliyyət elementləri ilə yaddaşlarda yaşaması, "xatirə qəbiristanlıqlarında səssizcə daşlaşmış" bir sıra başqa ölkələrin səfirlərindən fərqli olaraq, Amerikanın yeni səfirinə ictimai-siyasi marağı artıran başqa bir motivdir. Yaxın 20 illik tarixin bəzi səhifələrinə baxaq. ABŞ-ın ölkəmizdəki ilk səfiri Riçard Maylzın 1992-ci ildə Naxçıvana gedərək sadəcə əyalət qonaqpərvərliyinə sığınmış Heydər Əliyevlə görüşməsi o zaman bir çoxlarına Azərbaycanın hər guşəsini yaxşı tanımaq istəyən bir diplomatın iç səfəri kimi görünsə də, əslində qocaman siyasətçinin cəmi bir il sonra yenidən hakimiyyətə qayıdacağını öncədən hiss etmiş dövlətin və onun səfirinin geostrateji səfəri olduğuna sonradan hamı əmin oldu. Və bu onun xatirə imici oldu.
Məşhur "Əmidostu"...
Bakı-Tiflis-Ceyhan neft kəmərinin təməli qoyulandan sonra bu faktı regionda uzunmüddətli stabillik qarantı kimi qəbul edərək gününü Azərbaycanın yeyib-içməli, görüb-gəzməli yerlərində keçirən, hətta növbəti tale ulduzunu da burada tapan Eskudero xalqımızın xatirəsində başqa bir imiclə qaldı, elə özü də Azərbaycanda qaldı. Daxili çevrilişçilərlə ünsiyyət qurmaq şayiələri altında tələsik Azərbaycanı tərk etmiş səfir Reno Harniş, bölgələrimizi qarış=qarış gəzərək əsasən orta məktəb şagirdlərini "demokrata" çevirməyi hədəfləmiş, öz adından daha çox Əhəd Əbiyevin məşhur "Əmidostu" ifadəsi ilə yaddaşlara həkk olunmuş xanım səfir En Dörsi, erməni lobbisinin Vaşinqtondan Bakıya qədər düzdüyü "neçə qatlıq mina səhralarını" çətinliklə aşaraq, kiçik müddətə olsa da, səfir kimi Bakıya ayaq basmış unudulmaz Mət(in) Brayza.... Sayılanların hər biri Azərbaycan xalqının yaddaşında pozitiv və ya neqativ elementli obrazlarla qaldığı üçün onların davamçısı kimi gələn səfir Sekuta da hər cür təftişə hazır olmalı, onun hər sözündən, hər hərəkətindən xüsusi mənalar çıxarmağa çalışan azərbaycanlıları başa düşməyə çalışmalıdır.
Əcnəbi dillərdən səksənən görməmiş toplum deyilik
Cənab Sekutanın xalqı Azərbaycan dilində salamlamasından başlayaq. Qeyri-adi bir şey deyil. Rus dilindən başqa heç bir əcnəbi dili eşitməyən toplumun içinə gəlmiş olsaydı, başqa məsələ. Ancaq indi ötən əsrin 90-cı illərinin əvvəli, toplum isə azərbaycan dilindən başqa bütün əcnəbi dillərdən səksənən görməmiş toplum deyil. Həm də bu illər ərzində nəinki bir-iki söz bilən, hətta dilimizdə orta səviyyədə şirin ləhcə ilə danışan ABŞ diplomatları da görmüşük, dostluq etmişik.
Yeni səfirin ciddi diplomatik leksikonla ifadə etdiyi ABŞ-ın üç əsas siyasi prioriteti barədə dedikləri də təəccüblü deyil. Saymasaq da, milyon dəfələrlə eşitmişik ki, təhlükəsizlik, enerji və iqtisadi inkişaf, demokratiya və insan haqları ABŞ-ın Azərbaycan siyasətinin "əbədi və əzəli" prioritetləridir. Sadəcə, zaman-zaman Azərbaycandakı maraqlardan və siyasi hakimiyyətlə münasibətlərdən asılı olaraq bu prioritetlərin sıralanma qaydası dəyişilir. Cənab səfirin "bu üç prioritet Azərbaycanın sabitliyi üçün lazımlıdır" deməsi də bizim üçün təzə və təəccüblü deyil. Təəccüblü odur ki, özünün dediyi kimi, 46 ilin təcrübəli diplomatı Azərbaycanın sabitliyi üçün zəruri olan siyasi şərtləri əla bir düstur şəklinə saldığı halda, regional sabitliyin nədən asılı olduğunu düsturlaşdırmağı unudur. Bütün regional təhlükəsizliyi təhdid edən Qarabağ problemi qos-qoca bir diplomatın nəzərindən yayınmaq dərəcəsində adiləşə, kiçilə bilərmi? Həm də indi çoxları iddia edir ki, Qarabağ problemi təkcə regional sabitlik və təhlükəsizlik üçün yox, regionda böyük iddiaları olan ABŞ-ın özünün dövlət nüfuzu üçün də böyük təhlükə mənbəyinə çevrilib. Razılaşaq ki, bir vaxtlar Qarabağ probleminin ədalətli həllində ABŞ-ın güc və potensiallarına sonsuz ümid coşqusu ilə baxan Azərbaycan cəmiyyəti bu gün onun 180 dərəcə tərsinə dönmüş forması olan süstlüyə qapılıb.
"Senatorların Qarabağnaməsi"...
90-cı illərdə Qorbaçova göndərilmiş "senatorların Qarabağnaməsi"nin üzə çıxması və Sarkisyanın ABŞ rəsmilərinin vasitəçilik səylərinə açıq hörmətsizlik etməsi ilə nüfuzu zədələnən təkcə Con Kerri yox, bütün ABŞ dövlətidir. Yəni səfir Qarabağ probleminin ikili dünya standartları torunda dolaşığa salınmasına son qoyulmasının zəruriliyinə işarə ilə Azərbaycan xalqında ümidverici bir fikir işlətsəydi, bu fürsətdən həm də öz ölkəsinin nüfuzu üçün ustalıqla bəhrələnən diplomat nümunəsi yarada bilərdi... Neynək, buraxılmış sonuncu şans olsun.
Cənab səfirin öz xanımı ilə birgə Azərbaycana gəliş gününü səbrsizliklə gözlədiyini, ləziz yeməklərimizdən olan dolmanı, Şahplovu ləzzətlə yeyəcəklərini dilə gətirməsi xalqımızın qonaqsevərliyinə artıq əmin olan bir diplomat üçün əla göstəricidir. Səfirin sadaladığı yeməklərdən başqa digər milli təamlarımızı da Azərbaycanın ultraqonaqsevərlik mühitində nuş etməsini biz də gözləyir, fəxr edir, süfrəmizə, mətbəximizə sözün həqiqi mənasında daha bir dost əlinin uzanması kimi qəbul edirik.
Ancaq cənab Sekutanın Azərbaycanda ilk olaraq səfər etmək üçün yer axtarmaq kontekstində Beşbarmağın, Yanardağın, Qobustanın adını çəkməsi bizi yaxşı mənada təəccübləndirməklə yanaşı, həm də dərin düşüncələrə qərq edir. Şübhəsiz, cənab səfirin Azərbaycanın çoxsaylı tarixi qürur mənbələrindən olan bu ocaqların adını birnəfəsə sadalaması, onları tanıması böyük şeydir. Demək, cənab Sekuta ən azı xəbərdardır ki, Qobustan azı 4 min il yaşı olan bir insan məskənidir və belə abidəni yaratmış xalqın davamçılarının mədəniyyət, incəsənət, folklor sahəsində misilsiz istedad sahibi olduqları mübahisəsizdir. Qısası, Sekuta hara gəldiyini yaxşı anlayan insan təsiri bağışlayır. Ancaq o diplomat yox, tutaq ki, tarixçi, arxeoloq, sənətşünas, etnoqraf alim olsaydı, həsrətində olduğu yerlər sırasında saydığı adlara qarşı hər hansı iddia irəli sürməzdik. Əksinə, deyərdik ki, buyurun, bu qəbildən olan bütün incilərimizə baxın, Şirvanşahları, Şəki xan sarayını, Cavanşir qalasını, hətta Naxçıvanda Əlincəni, Gəmiqayanı, Əshabikəhfi, Nuhun qəbrini ziyarət edin, fürsət düşən kimi beş min ildən artıq yaşı olan qədim tariximizi "üfunətli erməni qucağında" qoruyub saxlayan girov Azıxımıza da bir baş çəkin. Ancaq təəssüf ki, bu məsləhətləri verə bilmirik, çünki cənab Sekuta diplomatdır, dövlət və siyasət adamıdır. Belə məsul statusa malik personanın ilk ziyarət yerləri kimi tarix, mədəniyyət abidələri ilə kifayətlənməsi, sizcə, ölkəmiz barədə həmin şəxsdə obyektivliyə uyğun təsəvvür yaratmaqda nə qədər yetərli ola bilər? Hər daşının üstündə qədim tariximizin, mədəniyyətimizin böyük izlərini yaşadan o abidələr bu gün Azərbaycan xalqının məruz qaldığı təcavüz, torpaq itkisi, ikili standart və ədalətsiz beynəlxalq yanaşmalar barədə nəyi öyrədə bilər? Halbuki, bu kimi mətləblərin cənab səfir üçün maraqsız olduğunu heç bir halda düşünmürük.
Demək istəmirəm ki, cənab səfir Bakıya düşən kimi birbaşa aeroportdan Xocalı soyqırımı qurbanlarının xatirə abidəsinin üstünə gəlməlidir. Baxmayaraq ki, müstəqil dövlət və azad insan cəmiyyətinin quruculuğu naminə Potomak çayının qıpqırmızı insan qanı axıtdığı bir məmləkətin övladı olaraq, Azərbaycandakı günahsız qətliam qurbanlarının faciəsinin nə demək olduğunu anlayan, anlamalı olan cənab Sekutanın məhz bu abidənin önünə gəlməsinin də yeri var. Ancaq bu ünvana gəlməsə, biz onu başa düşər, vaxtilə uydurma erməni genosidi abidəsini ziyarət etdiyi üçün ABŞ dövlətini çətin duruma salmış səfir həmkarından fərqlənmək istəyinin təzahürü kimi qəbul edərik. Baxmayaraq ki, uydurma erməni genosidindən fərqli olaraq, Xocalıda yüzlərlə azərbaycanlının ermənilər tərəfindən rəhmsizcəsinə qətlə yetirilməsi ABŞ-ın tarixindəki üç illik vətəndaş müharibəsi, Ağ Evin ingilislər tərəfindən quru divarlarınadək yandırılması qədər real və təkzibolunmaz tarixi faktlardır.
Belədə, cənab səfirə ilk ziyarət yerləri olaraq göz önünə gələn başqa ünvanları göstərmək zorundayıq. Azərbaycanın müstəqil dövlətçilik simvollarına çevrilmiş 20 Yanvar şəhidlərinin məzarları, alternativ bilməyən sovet ideologiyasının içində milli dövlətçilik ideyaları bəslədiyi üçün başı bəlalar çəkmiş Əbülfəz Elçibəyin, müstəqil dövlətçiliyi möhkəm şəkildə strukturlaşdıraraq ona əbədi və dönməz xarakter vermiş Heydər Əliyevin qəbirüstü abidələrini ziyarət etmək - müstəqil dövlətçilik, demokratiya yolunda böyük düşüncə və hərəkət adamlarına hər zaman dəyər verməsi ilə öyünən ABŞ kimi bir ölkənin səfiri üçün öz ölkəsinin dəyərlərini həmişə uca tutan patriot bir diplomatın nümunəsi ola bilərdi... Axı Corc Vaşinqtonları, Tomas Ceffersonları, Avraam Linkolnları tək Amerika yetişdirmir! Və ya böyük siyasi düşüncə və hərəkat adamlarının hamısı Amerikadan çıxmaz ki...
DİGƏR XƏBƏRLƏR
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
Tarix: 28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
Tarix: 28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
Tarix: 28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
Tarix: 28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
Tarix: 27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
Tarix: 27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
Tarix: 27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
Tarix: 27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal
- Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ