Bazar günü günü, 29 noyabr 2026
     

Maroş Şefçoviç: “Cənub Qaz Dəhlizi gələcəkdə Aİ-nın qaza olan tələbatının 20%-ə qədərini ödəyə bilər” - MÜSAHİBƏ

Image


Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviçin APA-ya müsahibəsi

- Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının Bakıda keçiriləcək ilk iclasında iştirak edəcəksiniz. Bu görüşün keçirilməsi nə məqsəd daşıyır, bu görüşdən nə gözləyirsiniz?

- Məşvərət Şurasının məqsədi 2019-2020 ilədək Cənub Qaz Dəhlizinin işlək vəziyyətdə olması üçün prosesi siyasi səviyyədə idarə etməkdir. Məşvərət Şurasının qurulması Avropa Komissiyası ilə Azərbaycanın birgə təşəbbüsü olub, 2014-cü ilin noyabr tarixində Bakıya baş tutmuş səfərim zamanı Azərbaycan prezidenti İlham Əliyevlə aramızda razılaşdırılıb. Sabah mən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının ilk təsisat iclasında iştirak edəcəyəm. Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya, Albaniya və Bolqarıstan kimi tranzit ölkələrdən olan nazirlər, eləcə də TAP və TANAP boru kəməri operatorlarının nümayəndələri iclasda iştirak edəcəklər.

- Avropa İttifaqı üçün Azərbaycan nə deməkdir?

- Azərbaycan Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır. Azərbaycan bu gün Aİ-nın ən iri və ən etibarlı enerji tərəfdaşlarından biridir ki, bu da qarşılıqlı iqtisadiyyatımız və enerji təhlükəsizliyimizə töhfə verir. Münasibətlərimizin özülünü təşkil edən enerji sahəsində strateji tərəfdaşlığımız var, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır. 2013-cü ildə ikitərəfli ticarət axını 17.9 milyard avro, yəni Azərbaycan ticarətinin 42%-dən artıq olub. Sizin ixracın 50% Avropa İttifaqına yönəlir, idxal etdiyiniz malların 30%-i də Aİ-dan daxil olur. Strateji enerji tərəfdaşlığımızın mərkəzində Cənub Qaz Dəhlizi durur. Bu, daha böyük iqtisadi əməkdaşlıq təşviq edə biləcək, enerji təhlükəsizliyini artırmaqla dəhliz boyu bütün ölkələrdə 30 000-dən artıq iş yerinin açılmasına səbəb ola biləcək layihədir. Məqsədimiz 2019-2020-ci ilədək dəhliz boyu bütün infrastruktur layihələrini işlək vəziyyətə gətirməkdir. Azərbaycanın gələcək iqtisadi inkişafı ilə bağlı olduğu kimi, bu məsələ Avropanın enerji təhlükəsizliyi baxımından da mühüm hesab edilir.

- Neftin qiymət böhranı Avropanın enerji bazarına təsir edirmi? Azərbaycan və Aİ bəzi nəhəng enerji layihələrini reallaşdırmağı planlaşdırır. Neftin qiymətinin düşməsi və digər maliyyə böhranları bu layihələrin həyata keçirilməsininin gecikməsinə səbəb olacaqmı?

- Biz neftin gələcək qiyməti haqqında ehtimal qura bilmərik. Aİ-nın enerji siyasəti və əsl Enerji İttifaqının qurulması qiymətin qeyri-sabitliyindən asılı deyil. Digər tərəfdən, neft idxalında və qazın vurulmasında qənaət edilmiş vəsait Aİ-nin əsas məqsədləri olan enerjidən səmərəli istifadə, bərpa olunan enerji mənbələri, innovasiya və müasir enerji infrastrukturu və qurğuları kimi sahələrdə səmərəli və perspektiv investisiyalara yönələ bilər.

- Cənub Qaz Dəhlizinin həyata keçirilməsi istiqamətində nə kimi növbəti addımlar atılacaq? Ehtimallar barədə nə deyə bilərsiniz, layihənin işi ilə bağlı son tarix nə vaxtdır?

- Cənub Qaz Dəhlizi ilə bağlı əsas hadisə 17 dekabr 2013-cü ildə baş tutub, Avropa Komissiyasının iştirakı ilə Bakıda "Şahdəniz 2” üzrə Yekun İnvestisiya qərarı imzalanıb. Layihənin icrası istiqamətində yaxşı tərəqqi əldə edilib, keçən il 10 milyard ABŞ dolları dəyərində müqavilələr imzalanıb ki, bu da ümumi investisiyaların 20%-dən artığını təşkil edir. "Şahdəniz 2” yatağının hazırlanması erkən tikinti mərhələsinə qədəm qoydu, ofşor platformalar, dənizaltı boru kəməri və onşor terminalların hazırlanması üçün müqavilələr artıq imzalanıb. Cənub Qaz Dəhlizinin hazırlanması istiqamətində növbəti addım Avropa ilə Xəzər hövzəsini birləşdirən infrastrukturun vaxtında tamamlanmasıdır. Bu baxımdan Trans-Adriatik Boru Kəməri (TAP) və Trans-Anadolu Boru Kəməri (TANAP) Cənubi Qafqaz boru kəməri ilə birlikdə 2019-2020 ilədək qazı Azərbaycandan Avropa bazarlarına çatdırmalıdır. Avropanın Enerji Təhlükəsizliyi Strategiyasına uyğun olaraq mənbə və təchizatçıların diversifikasiya edilməsi məqsədi baxımından Cənub Qaz Dəhlizi öz vacibliyini itirmir. İlkin olaraq, bu marşrut 2019-2020 ildə açılanda təxminən 10 milyard kub metr qaz nəql edəcək. Xəzər regionu, Yaxın Şərq və Şərqi Aralıq regionundan olan potensial təchizatları nəzərə alaraq, Aİ bu həcmi uzun müddətdə artırmaq niyyətindədir. Cənub Qaz Dəhlizi gələcəkdə Aİ-nın qaza olan tələbatının 20% qədər hissəsini ödəmək potensialına malikdir. Eyni zamanda Aİ Mərkəzi və Cənub Şərqi Avropada birləşdirici qaz kəmərini inkişaf etdirir, məqsəd Cənub Qaz Dəhlizi ilə Avropa istehlakçıları arasında bağlantını daha da təkmilləşdirməkdir. Bundan başqa, ötürülən qaz həcmini, Cənub Qaz Dəhlizinin Aİ-nin diversifikasiya məqsədləri üçün mühümlüyünü artıra biləcək Trans-Xəzər qaz boru kəmərinin tikintisi ilə bağlı Avropa Komissiyası, Azərbaycan və Türkmənistan arasında hələ də danışıqlar aparılır.

- Sanksiyalardan sonra Rusiya Türkiyə ilə enerji sahəsində əməkdaşlıq etmək qərarına gəlib. Bu barədə nə deyə bilərsiniz?

- Doğrudur, Rusiya Cənub Axınını ləğv edib. Avropa Komissiyasının idarələri yekun mövqe tutmazdan əvvəl "Qazprom”un planının iqtisadi səmərəliliyi, eləcə və tənzimləyici və hüquqi əsaslandırılması, nəticələri baxımından onu təhlil edəcəklər. Hər bir halda, Avropa Komissiyası ehtimal edir ki, mövcud qaz müqavilələri çərçivəsində olan öhdəliklər yerinə yetiriləcək. Avropa Komissiyası "Qazprom”u ilkin mərhələdə Aİ-yə olan marağı itirməməyə və Cənub Şərq regionunda bütün təchizat variantlarını araşdırmağa çağırır. Cənub Şərqi Avropada və Ukraynada enerji təchizatının təhlükəsizliyi və qaz sahəsində əməkdaşlıq Avropa Komissiyası üçün birinci dərəcəli əhəmiyyət daşıyır.

Türkiyəyə gəldikdə, enerji tərəfdaşlığımızla bağlı Türkiyənin etibarlılığına şübhə etmək üçün heç bir səbəb görmürəm. 12 fevral tarixində keçiriləcək Məşvərət Şurasının təsisat iclasında Türkiyənin enerji naziri ilə görüşəcəyəm. Aİ-yə qoşulmaq üçün Türkiyə ilə aparılan danışıqlar baxımından komissiya hesab edir ki, Türkiyə və daha geniş regionla saxladığımız münasibətlərdə enerji siyasəti mühüm məsələdir. Komissiya inanır ki, Türkiyə 15-ci enerji fəsli üzrə danışıqlara başlamaq üçün kifayət qədər hazırlıqlıdır. Bu məqsədlə komissiya bu fəslin açılması üçün artıq 2007-ci ildə təklif verib, ancaq məsələ ilə bağlı indiyədək üzv dövlətlər arasında tələb olunan yekdillik əldə edilməyib. Komissiya müntəzəm əsasda bu məsələni üzv dövlətlərlə müzakirə edir, tərəqqinin Avropanın marağında olduğunu vurğulayır.

- Enerji sektorunda, xüsusilə də Azərbaycanla əməkdaşlıqda Aİ-nın nə kimi növbəti planları var?

- Bu ayın sonunda Avropa Komissiyası Enerji İttifaqının qurulması üçün daha təfərrüatlı planlar təqdim edəcək. Enerji İttifaqının əsas aspektlərindən biri həmrəylik və etimada əsaslanan təchizatların təhlükəsizliyi ilə bağlıdır. Buna görə də Avropa İttifaqı təchizat marşrutları və mənbələrini daha çox diversifikasiya etmək üçün göstərdiyi cəhdləri davam edəcək. Xüsusilə də Cənub Qaz Dəhlizinin töhfəçisi və "hərəkətverici qüvvəsi" kimi Azərbaycan bu məqsədlərin əldə edilməsində əsas rol oynaya bilər. Onu da əlavə etmək istərdim ki, Azərbaycanla əməkdaşlığımız tək Cənub Qaz Dəhlizi ilə məhdudlaşmır, 2006-cı ildə prezident Barroso ilə Azərbaycan prezidenti İlham Əliyev arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunda qeyd edildiyi kimi, bərpa olunan enerji mənbələri, enerjidən səmərəli istifadə sahələrinin inkişafı, texniki yardım, qanunvericiliyin uyğunlaşdırılması kimi digər sahələrdə ikitərəfli əməkdaşlıq irəliləyə bilər.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ