Ukraynadakı qarşıdurmalarda həyatını itirənlərin sayının 50 min olduğu iddia edilir.
Baki-xeber.com xəbər verir ki, Almaniyadan «Frankfurter Allgemeine Sonntagszeitung»un xəbərinə görə, alman kəşfiyyatı Ukraynanın şərqində yaşanan qarşıdurmalarda həyatını itirənlərin sayını 50 min olduğunu müəyyənləşdirib. Indiyə qədər mətbuatda əks olunan rəqəmlərdə ölənlərin təxminən 5 min olduğu bildirilirdi.
Alman kəşfiyyatının ölü sayının on qatı artıq olduğunu açıqlaması isə şübhəli qarşılanır. Birləşmiş Millətlər Təşkilatının da təxminlərinə görə, keçən il aprel ayından bu yana davam edən qarşıdurmalarda təxminən 5 min 360 adam ölüb. Ukraynalı rəsmilərə görə, qarşıdurmalarda təxminən 1200 əsgər və 5 min 400 mülki vətəndaş həyatını itirib.