Şərq Ukrayna ilə bağlı sabah Minskdə keçirilməsi gözlənilən liderlər zirvəsi ərəfəsində bütün tərəflərdə təhlükəli "hərbi hərəkətlilik" də artır.
Baki-xeber.com xəbər verir ki, «İnterfaks» agentliyi bölgədəki Rusiya hərbi qaynaqlarına istinadən 2 minə yaxın Rus əsgərinin cənubda manevrlərə başladığını yazır.
Bəzi müşahidəçilər Ukrayna sərhədinə yaxın bölgələrdə başladılan manevrin Minsk zirvəsi öncəsi Rusiyanın Qərbə "güc nümayişi" kimi dəyərləndirir.
«Moscow Times»in xəbərinə görə, Krımdan 600-dən çox, Sakit okean donanmasının olduğu Kamçatkadan 2 min 500 əsgərin iştirak etdiyi manevrlərə, 2 min nəfərlik cənub ordusu qatılmayıb.