ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş məsləhətçisi Filip Riker tutduğu vəzifədən gedir.
Trend-in məlumatına görə, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi brifinqdə deyib.
"Rikerin Qafqazda danışıqlar üzrə baş müşaviri kimi fəaliyyəti əlaqələri sürətləndirdi və problemli regionda strukturlaşdırılmış sülh prosesinin qurulmasına kömək etdi. Onun töhfəsi ABŞ-ın Ermənistan və Azərbaycana sülh müqaviləsi üzrə danışıqlarda yardım etməyə verdiyi əhəmiyyətdən xəbər verir", - o bildirib.
Prays vurğulayıb ki, Filip Rikerin gedişi heç bir halda ABŞ-ın Cənubi Qafqazda təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyə sadiqliyinə xələl gətirmir.
"ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu təşviq etmək üçün həmfikir tərəfdaşlar və beynəlxalq təşkilatlarla ikitərəfli əlaqələri davam etdirəcək", - o əlavə edib.