Erməni mediası Moskva erməni və milli mədəniyyətlər muzeyi deyilən bir qurumun adından Gafqaz heriteyc votç təşkilatının (?) hesabatını yayıb.
Başdan-başa erməni saxtakarlığının klassik nümunəsi sayıla biləcək məlumatda guya 1997-ci ildən 2011-ci ilədək Naxçıvanda 108 erməni kilsəsinin, monastr və qəbiristanlığının məhv edildiyi iddia edilir. Erməni iddialarına görə, Naxçıvanda məhv edilmiş erməni abidələri bütün erməni irsinin guya 98 faizini təşkil edir. Ermənilərin ölçülərinə görə, guya qalan 2 faiz abidə isə görünməz yerlərdə olduqları üçün unudulmuş abidələrdir. Daha inandırıcı olsun deyə ermənilər bu yalanları 70-80-ci illərə aid amerika sputnik foto çəkilişləri və müasir sputnik çəkilişləri ilə "əsaslandırırlar".
Erməni iddialarının nə qədər absurd olduğunu xəbərə əlavə edilmiş fotolar qəti sübut edir.
İki nümunə göstərək, daha doğrusu xəbər mətnində cəmi iki foto var ki, bunların ikisi də məhz ermənilərin özlərinə qarşı çevrilir.
1. Noraşen qəbiristanlığı. Güman ki Şərur rayonundakı hansısa qəbiristanlıqdan söhbət gedir. Qəbiristanlıq böyük qoç heykəlləri ilə doludur. Qoç hara, erməni hara... Uşaq da bilir ki, Naxçıvanda qoç heykəlləri olan qəbiristanlıqlar çoxdur və bunlar qədim türk tayfalarının izləri sayılır.
2. Ordubadın Əylis kilsəsini Aqulis halına salaraq erməni kilsəsi kimi qələmə veriblər. Halbuki Əylis kilsəsi qədim alban mədəniyyətinə məxsusdur.
Erməni yalanları artıq təəccüb doğurmur. Maraqlı olan Moskvadakı sözügedən erməni muzeyinin nə muzey olmasıdır.
Ramil