Ermənistan mediası Xankəndiyə sığınmış və rus-erməni qarışığı Ruben Vardanyanın Fransanın Frans-24 televiziyasına müsahibəsinin tam mətnini yayıb.
Erməni "Aysor" saytının nəşrini izlədik və maraqlı nüanslarla rastlaşdıq. Təbii ki, Vardanyanın müsahibəsi başdan ayağa yalan "faktlardan" və saxta mülahizələrdən ibarətdir. Guya Qarabağda 120 min erməni yaşayır, guya Qarabağ Vardanyan kimilərin vətənidir, əslində efiopiyalılardan oğurlanmış erməni əlifbasının yaradıcısı Mesrop Maştots guya Qarabağda yaşayıb və sair.
Bu yalanlara çox vaxt ayırmırıq. Bu yalanlara oxucu reaksiyalarının özü maraqlıdır. Məsələn,Vardanyanın müsahibəsinə cəmi 17 rəy yazılıb, onun cəmi ikisi Vardanyanın müdafiəsinə Artur Mıkrtıçyan adlı erməni tərəfindən yazılıb, o da səviyyəsiz, arqumentsiz və məntiqsiz. Qalan 15 rəyçi Vardanyanı yıxıb-sürüyür. Doğrudur, bəzi rəylərdə Vardanyanı qeyri-etik ifadələrlə söyürlər. Ancaq əksər rəylərdə Vardanyan səviyyəli şəkildə "divara yaxılır"...
RAMİL