çərşənbə günü, 11 noyabr 2026
     

Laçın yolundan Yerevana "Zəngəzur hökmü", Fransanın tökülən daşları... - Aydın QULİYEV yazır...

Image


Zəngəzur dəhlizinin mütləq açılacağı ilə bağlı Prezident Əliyevin ən yeni bəyanatı ultimativ tona malik olmaqla bu yöndə indiyədək səslənmiş bəyanatlardan fərqlənir. Zəngəzur dəhlizi mütləq açılmalıdır, Ermənistan istəsə də, istəməsə də açılmalıdır. Bunu regiondakı müasir reallıqlara söykənən proseslərdə birbaşa dövlət maraqları olan Azərbaycan Prezidenti deyir.

Xalqa Yeni il təbrikində dəhliz barədə səsləndirilən fikirlərdəki ultimativ ton müharibədən ötən dövr ərzində Azərbaycanın xeyrinə daha da möhkəmləndirilən şərtlərdən doğur. Söhbət regional və qlobal miqyaslı bir sıra vəziyyətlərdən gedir. Şərti sıralama ilə göstərəcəyimiz bu vəziyyətlərin hamısına  kompleks halda baxsaq, heç bir şübhə yeri qalmaz ki, dəhlizin mütləq açılması indi Azərbaycanın dönməz dövlət kursuna çevrilib və Ermənistanın bu məsələdə bundan sonrakı ərköyün oyunpozanlıqları onun özü üçün heç vaxt olmayan risqlər yaradacaq...

Əvvəla, Azərbaycan Prezidentinin dəhlizlə bağlı bəyanatı Laçın yolunda dövlətimizin suveren nəzarətinin daha güclü həddə çatdırılması ilə eyni vaxta düşür ki, buna təsadüf kimi baxmaq olmaz. Hələlik Xankəndi və onun "5-10 addımlıq" yaxın ətrafında "erməni qaydaları" qüvvədə olsa da, Laçın yolunun həlledici keçidində Azərbaycan qaydaları işləyir və bir vaxtlar əsas söz sahibi olan Volkov özü də Azərbaycanın qaydalarına uymaq zorundadır. Əks halda onun rəhbərlik etdiyi sülhməramlıların da yükləri ciddi "nəzarət" altına düşə bilər. Beləliklə, Azərbaycanın Laçın yolunda yaratdığı son durum sülhməramlıları məcbur etdi ki, üstün əməkdaşlığın kiminlə aparılmasını özləri üçün qəti müəyyənləşdirsinlər - Azərbaycanla, ya oyuncaq separatçılarla... Azərbaycanın Laçın yolunda əldə etdiyi üstünlüyün strateji mahiyyəti və dəyəri bundan ibarətdir. Laçın yolundakı indiki vəziyyət məhz Azərbaycan Prezidentinin yaratdığı ən yeni reallıqdır. Laçın yolundakı ən yeni reallığın üzərindən İlham Əliyevin Zəngəzur dəhlizi bəyanatına artıq bəyanat yox, hökm demək daha doğru olardı - Əliyevin Zəngəzur hökmü... Bu hökmün mənası belədir: "Laçında çoxlarının gözləmədiyi halda söz və mövqe sahibi olduq, Zəngəzur dəhlizində də eynisini edəcəyik"... Əliyevin daha əvvəlki Zəngəzur bəyanatları səslənən vaxtlarda Laçın yolunda indiki kimi söz və mövqe sahibi deyildik...

İkinci, Prezident Əliyevin ən yeni Zəngəzur dəhlizi bəyanatı və ya Zəngəzur hökmünün "Fərrux", "Qisas" kimi uğurlu əməliyyatlardan sonra səslənməsi də ona başqa bir güc verir. Avqust və sentyabr əməliyyatları da daxil olmaqla ərazidəki bütün hərbi hərəkətlərin nəticəsi olaraq Kəlbəcərdən ta Arazboyuna qədər Azərbaycanın misilsiz müdafiə, müşahidə və lazım gəlsə hətta hücum xətti yaratdığını indi heç kim inkar etmir. Məhz bu xəttin üstünlükləri Azərbaycan üçün Naxçıvan dağlarını görmək, Göyçə göllərini, Yerevana aparan kommunikasiyaları ovuc içinə almaq imkanı təmin edir. Belə mövqelərdə Qafandan Mehriyə qədər kiçik sahəni görmək Azərbaycan üçün nə böyük çətinlikdir ki... Görmək isə o deməkdir ki, bunun ardınca hər cür tədbiri də həyata keçirə bilərik. Etiraf edək ki, Əliyevin Zəngəzur dəhlizi barədə əvvəlki bəyanatları səslənəndə Kəlbəcərdən Arazboyuna qədərki çoxtəyinatlı (müdafiə, müşahidə, hücum) xətt üzərində Azərbaycan indiki qədər möhkəmlənməmişdi.

Üçüncü, Əliyevin Zəngəzur dəhlizi barədə bəyanatı Ermənistanın ən fəal və ən sırtıq müttəfiqi sayılan Fransanın müxtəlif müstəvilərdə rüsvayçı silsilə məğlubiyyətləri ilə bir vaxtda səsləndi. Bu o deməkdir ki, müttəfiqləri ilə birlikdə Ermənistanın beynəlxalq mövqeyi zəiflədikcə Azərbaycanın hökm və tələbləri də sərtləşir. Erməni himayədarlığının son qalası sayılan Fransanın "daşları bir-bir tökülür". Fransa Senatı Avropa ölkələrini Azərbaycan qazını, neftini almaqdan imtinaya çağırdı, baş tutmadı. Qarabağa girməyə çalışdı, alınmadı. Vardanyanı Fransa TV-lərində ulduza çevirdilər, bu ulduz da parıldamadı, Frankofoniya konfransında Makronçuların Azərbaycan əleyhinə təklif etdiyi bəyanatın qol-qanadını elə yoluxladılar ki, Vətən müharibəsindən sonrakı ilk həftələrdə Paşinyanın "islanmış cücə halı" bunun yanında toya getməli idi. Hələlik ən sonda isə BMT TŞ-də irəli sürdüyü anti-Azərbaycan bəyanatının  mətnini "suyu süzülə-süzülə" özü geri çəkdi. Bütün bunlardan sonra Əliyevin hökmə bərabər Zəngəzur dəhlizi barədə bəyanatının doğura biləcəyi sonrakı nəticələri düşünmək olar...

Dördüncü, Ermənistan anti-Rusiya ritorikanı o həddə çatdırıb ki, Paşinyan hətta Putinə irad tutur və sülhməramlıların öz vəzifələrini yerinə yetirə bilmədiklərini onun üzünə deyir. Rusiyanın Ukraynada mövqeləri zəiflədikcə Ermənistanın Qərbə yönəlik fəallıqlarının artması göz önündədir. Rusiya rəhbərliyinin bunu görüb-görmədiyi öz yerində, lakin Azərbaycan liderinin məhz belə şəraitdə səsləndirdiyi bəyanatın Ermənistana təsir gücü əvəlkilərdən fərqlənməyə bilməz... Belə ki, şəraitin Rusiyanı Zəngəzur dəhlizi ilə bağlı bir qədər fəal olmağa sövq edəcəyini ehtimal etmək olar...

Beşinci, Avropanın enerji təhlükəsizliyinə məlum risqlərin yaranmasına baxmayaraq, Azərbaycan Prezidenti yeni enerji dəhlizləri, yeni enerji körpüləri yaratmaq və mövcud infrastrukturların ötürücü gücünü artırmaqla Avropa üçün özünün və ölkəsinin  əvəzedilməzliyini anbaan gücləndirir. Neft və qazdan əlavə noyabrın 17-də imzalanmış sazişlə Azərbaycandan, həm də məhz azad edilmiş rayonlarımızdan Rumıniyaya elektrik ixracı imkanının açılması sübut etdi ki, Ermənistan Avropanın maraqları baxımından Azərbaycanın heç "daban sümüyü "səviyyəsində də deyil. Avropaya elektrik enerjisi ixracının reallığa çevrilməsi Zəngəzur dəhlizinin açılmasını da mütləqləşdirən yeni arqumentdir. Etiraf edək ki, əvvəlki Zəngəzur bəyanatlarının vaxtında Avropaya yeni enerji körpüsü hələ açılmamışdı. Elə burada əlavə edək ki, bir neçə həftə əvvəl Ermənistanın "Lyus" fondu Azərbaycanın enerji siyasətinin Avropa dövlətləri tərəfindən Ermənistana təzyiqlərin güclənməsinə gətirib çıxaracağını bəyan etmişdi. Şübhə yoxdur ki, Zəngəzur dəhlizinin açılması getdikcə daha sürətlə Avropanın özünün maraq məsələsinə çevrilir.

Sonda vacib sayılan bir məsələni də qeyd etmək lazımdır. İlham Əliyevin Zəngəzur dəhlizi barədə "mütləq və net" mövqeyi Azərbaycanın hansısa səviyyədə yumşala biləcəyinə son vaxtlar Ermənistanda və İranda baş qaldırmış ümidləri birdəfəlik yerə çırpdı. İran dərsini aldı ki, hazırda Azərbaycanla münasibətləri nə qədər gərginləşdirməyə çalışsa da, Azərbaycanın dəhliz mövqeyi dəyişməyib və dəyişməyəcək. Ermənistanın da öz dərsi var. Ermənistanda son vaxtlar ictimai rəyə belə ideya buraxılmışdı ki, Azərbaycanın Laçın dəhlizini adi yol səviyyəsinə salması gələcəkdə Zəngəzur dəhlizinin də adi yola çevrilməsinə perspektiv açır. Bəzi siyasi qüvvələr bunu Paşinyana qarşı ittiham arqumentinə çevirirdilər. Hətta bəziləri iddia edirdilər ki, Paşinyanın bu yöndə Əliyevlə gizli razılaşması da var. Ermənistan müxalifətinin belə təbliğat oyunlarında Paşinyanın özünün şəxsən iştirak edib-etmədiyini deyə bilmərik. Ancaq bizə fərq etməz. Azərbaycan Prezidenti "Zəngəzur dəhlizi mütləq açılmalıdır" hökmü ilə həm real perspektivi bir daha göstərdi, həm də erməni qüvvələrinin öz içlərində düzüb-qoşduqları  "yol-dəhliz" təbliğat oyununu alt-üst etdi... Siz hansı oyunları istəsəniz qura bilərsiniz...

Biz Zəngəzuru məhz dəhliz statusunda açacağıq, istəsəniz də, istəməsəniz də...

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ