Bazar günü günü, 29 noyabr 2026
     

«ATƏT MQ-nin dəstəyi və Rusiya ilə İranın adından istifadə etməklə Ermənistan tam sürətlə müharibəyə hazırlaşır»

Image


"Ermənistana rəhbərlik edən Qarabağ klanı düşünür ki, Ermənistanın, hətta nəzəri cəhətdən qələbə çalmaq şansı varsa, bu yalnız yaxın vaxtlardakı müharibədə mümkündür”. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, Ermənistanın Azərbaycanla müharibə aparmasının əsas səbəbi Azərbaycanla Ermənistanın hərbi gücləri arasındakı fərqin sürətlə Ermənistanın ziyanına dəyişməsidir. Ona görə də Ermənistan nəyin bahasına olursa-olsun, müharibəyə getməlidir. Ermənistan müharibəyə hazırlığını başa çatdırıb:

I. İmkanlarından çox miqdarda silah ala bilib. 2014-cü ildə militarizasiya indeksinə görə dünyada üçüncü, Avropada isə birincidir.

II. Ermənistan avqust insidentini özünün qələbəsi kimi təqdim etdikdən sonra Ermənistan xalqına 20 gün ərzində 11 hərbçi itirməsini də qələbə kimi sırıya bildi. Ermənilər qoşunların təmas xəttində öz ordularının qələbə çaldığına inanırlar.

III. Müdafiə naziri S.Ohanyan preventiv hücum strategiyasını aktuallaşdırdı.

IV. Ermənistan prezidenti S.Sarkisyan preventiv hücum strategiyasını nəinki təsdiqlədi, hətta bunun yaxın vaxtlarda və erməni qoşunlarına yaxın Azərbaycan ərazilərində reallaşacağını bildirdi.

V. Xarici işlər naziri E.Nalbandyan Azərbaycanın radikal islamçılarla əlaqəsini yenidən gündəliyə gətirdi.

VI. Ermənistanın daxilində hərbi, tibbi müəssisələr müharibəyə hazır vəziyyətə gətirilib. Bəzi qapalı xəstəxanalar (həbsxana xəstəxanaları) da boşaldılıb.

VII. Ermənistanın regionlarında hərbi çağırış elan edilib. Hərbi mükəlləfiyyətlilər yenidən orduya çağırılır. S.Sarkisyanın müharibə avantürasının səbəbləri bəllidir.

M.Əhmədoğlu vurğulayıb ki, ermənilər öz prizmalarından tarixi də özləri üçün düzgün müəyyənləşdiriblər: "Başqa sözlə, tarix müharibəyə hazırlığın tərkib hissələrindən biridir”.

Politoloqun fikrincə, S.Sarkisyanın indiki müharibəyə hazırlığını onun bütün həyatı boyu ən böyük kombinasiyası adlandırmaq mümkündür. Kombinatorluğun elementləri aşağıdakılardır:

I. ATƏT MQ həmsədrləri ilk baxışdan Azərbaycanı ittiham edən bəyanat yaydılar: guya Azərbaycan dinc danışıqlarla bağlı öhdəliyini yerinə yetirmir. Amma bu öhdəliyin nədən ibarət olduğunu açıqlamadılar. Həmsədrlərin regiona gəlmək arzusu çoxdan mövcuddur. Həmsədrlər Azərbaycanın ərazi bütövlüyünü inkar edirlər. Bu səbəbdən ola bilər Azərbaycanın yüksəkçinli rəsmiləri həmsədrlərlə və ya həmsədrlərdən hər hansı biri ilə görüşmək istəməsin. Həmsədrlərin mandatına görə Azərbaycan rəhbərliyi həmsədrləri qəbul etməli, onların fəaliyyətinə şərait yaratmalıdır. Bu, öhdəliklərdən biridir, amma Ermənistanda həmsədrlərin bu öhdəliyinin yerinə yetilməməsi ilə bağlı iradlarını özlərinə dəstək kimi başa düşürlər. Guya həmsədrlər Azərbaycanı hərbi aqressiyada günahlandırırlar. Həmsədrlərlə Ermənistan rəhbərliyinin birgə fəaliyyətinə şübhəmiz yoxdur. Ola bilər, yaranmış vəziyyət də məhz birgə fəaliyyətin nəticəsidir.

II. Gümrüdəki rus əsgərin törətdiyi insident Ermənistan Prezidenti S.Sarkisyanda yalnız ermənilərə məxsus assosiasiya yaradıb: Ermənistan xalqı inanacaq ki, Permyakovu Ermənistan tərəfinə verməyən RF bunun əvəzini Dağlıq Qarabağda ermənilərə dəstək verməklə ödəyəcək. Başqa sözlə, S.Sarkisyan açıq-aşkar Rusiyanı şantaja çəkir. 2013-cü il sentyabrın 3-dən az keçmiş S.Sarkisyan iki dəfə belə cəhdlər etdi. Guya Ermənistan Aİİ-yə üzv olmağının əvəzində Rusiya Ermənistana Dağlıq Qarabağda hərbi əməliyyatlar keçirməyə şərait yaradıb. RF rəhbərliyinin məsələdən xəbər tutub işə qarışması ilə S.Sarkisyanın bu niyyəti baş tutmadı. Hətta S.Sarkisyanın hərbi əməliyyatlara başlamaqla bağlı ikinci cəhdi Naxçıvanı əhatə edirdi.

III. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Yerevanda İran-Ermənistan münasibətləri və Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı şablona çevrilmiş köhnə fikirləri təkrarladı: ən yaxşı münasibətlər, tam iqtisadi əməkdaşlıq, Mehri və Qaraçilər SES-lərin tikintisi, İran-Ermənistan dəmiryolunun çəkilməsi; münaqişə yalnız dinc yolla tənzimlənməlidir. "Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi” termini Ermənistanda "Dağlıq Qarabağın Ermənistana verilməsi” və ya "Dağlıq Qarabağın müstəqilliyi” assosiasiyasını yaradır. İran özündən 1000-1500 km uzaqda - Fələstində müharibəyə insan, maliyyə, hərbi texnika resursları ilə dəstək verir. Öz ərazisinə söykənən məkanda isə müsəlman torpağının hər yolla azad olmasının əleyhinədir. İranın belə mövqeyi Ermənistanda bəlli siyasəti formalaşdırır.

IV. Ermənistanın 2014-cü illə bağlı hesabatlarının İranın xarici işlər nazirinin Yerevana səfəri və ATƏT MQ-nin bəyanatı ilə üst-üstə düşməsi diqqəti çəkir. Sanki rəsmi Yerevan bilərəkdən yanvarın sonunu seçib. Ermənistanın Müdafiə və Xarici İşlər nazirliklərinin hər ikisinin hesabatında Azərbaycana qarşı aqressiv fikirlər geniş yer alıb. Prezident S.Sarkisyan hərbçilər qarşısında çıxış edərkən Azərbaycanı açıq hədələdi: Azərbaycan torpağında ermənilərin hərbi əməliyyat keçirmək, Azərbaycan Ordusuna preventiv zərbələr endirmək hüququnu bəyan etdi.

Politoloqun sözlərinə görə, baş verənlər təsadüfi deyil: "Ermənistan indiki müharibə planını reallaşdırmaqda ATƏT MQ-nin dəstəyinə arxalanır. Başlayacağı müharibədə Rusiya və İranın adından gen-bol istifadə edə bilir. Azərbaycan müharibə ilə üz-üzədir. Bu müharibəni də ermənilər başlayır. S.Sarkisyan öz xalqını o səviyyəyə qədər qırdırmalıdır ki, Qarabağ unudulsun. Ermənistanın daxili vəziyyəti ağırdır, S.Sarkisyan buna məcburdur”.

M.Əhmədoğlu əlavə edib ki, ATƏT MQ həmsədrləri müharibəni başlama zamanının müəyyənləşdirilməsi məsələsində Ermənistanın və Azərbaycanın mövqeləri arasında balans yarada bilməyiblər.

Onun sözlərinə görə, Azərbaycan müharbənin nisbətən uzaq zamanda başlamasına hazırlaşır: "Ermənistan isə ən yaxın zamanda müharibəyə başlamağa məcburdur. Çünki işğalçılığından əl çəkmək niyyətində deyil. ATƏT MQ hal-hazırda beynəlxalq ictimaiyyətdə ciddi nüfuza malik deyil. ATƏT-in Bazel ministerialında ATƏT MQ həmsədr ölkələri nümayəndə heyətləri başçılarının qəbul etdikləri sənədlə həmsədrlərin il ərzində təlqin etdikləri ermənipərəst mövqe arasında xeyli fərqi var”.

Politoloq əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri zamanı Angela Merkelin də Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı verdiyi bəyanatda həmsədrlərə laqeydlik aşkar hiss olunur: "Həmsədrlərin fəaliyyətləri onların nüfuzunu aşağı salır. Ona görə həmsədrlərin Azərbaycanı ittiham etməsinin ciddi rezonans yaradacağı inandırıcı deyil. Bu, xüsusilə müharibə başlayacağı dövrdə daha aktualdır. Müharbənin qarşısını alan tədbirlərə ciddi ehtiyac yaranıb. İlk növbədə həmsədrlər müharibənin necə başlanmasının izahını verməlidirlər. Həmsədrlərlə sıx əməkdaşlıqda olan Ermənistanın necə militarizasiya üzrə Avropa çempionuna çevrilməsi də aydınlaşdırılmalıdır. Eləcə də, həmsədrlər izah etməlidirlər ki, kasıb Ermənistan silaha pulu haradan tapıb”.

M.Əhmədoğlu əlavə edib ki, Ukrayna tənzimləməsində A.Merkel-F.Olland təşəbbüsünün Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində tətbiqi çox yerindədir: "Azərbaycan Ordusu öz sözünü deməlidir. Ermənistanın preventiv zərbə strategiyası Azərbaycan Ordusunun preventiv zərbələri ilə neytrallaşdırılmalıdır”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ