Bazar günü günü, 29 noyabr 2026
     

Üç həmsədr ölkənin Qarabağ səylərinin "Sizif əməyinə" dönməsinin sirri...

Image


Erməni lobbisi doğrudanmı hər şeyi üstələyə bilir?

Əli Orucov: "Uzun illərdən bəri həmin ölkələrdə olan erməni diasporu istədiklərinə nail ola bilib"

Minsk Qrupu 1992-ci il martın 24-də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi problemini sülh yolu ilə həll etmək üçün Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) nəzdində qurulub. Minsk Qrupuna həmsədr ölkələrin nümayəndələri bu günə qədər bu məqsədlə Azərbaycan və Ermənistana bir çox ziyarətlər edib, hər iki ölkənin prezidentləri və XİN rəhbərləri ilə dəfələrlə görüşüblər. Amma bu ziyarətlərin və vasitəçilik missiyalarının heç bir nəticəsi olmayıb.
Bir fakta xüsusi diqqət yetirmək lazımdır ki, Minsk Qrupunun həmsədr dövlətləri olan ABŞ, Fransa və Rusiyanın məsələyə münasibəti dəyərləndirildiyi zaman vasitəçilik missiyalarına uyğun olmayaraq Azərbaycan torpaqlarının Ermənistanın işğalından qurtarılması üçün beynəlxalq hüququ və ədaləti təmsil etmədikləri açıqca bəlli olur. Əsasən də həmin ölkələrdə olan güclü erməni diasporunun təsiri aydın nəzərə çarpır.
Həmsədr ölkələrin Ermənistanla münasibətlərini nəzərdən keçirdikdə belə bir mənzərə ortaya çıxır: Rusiyanın Ermənistanda hərbi bazası var. Müstəqil Dövlətlər Birliyi (MDB) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Ermənistanı Rusiya strateji müttəfiq adlandırır, Ermənistan iqtisadiyyatının təməlini təşkil edən sənaye müəssisələri Rusiyanın nəzarətindədir. Rusiyada güclü erməni diasporu var və hakimiyyətin müxtəlif pillələrində təmsil olunmaqdadır. Təbii qaz və benzin ehtiyacının, demək olar ki, hamısı Rusiya tərəfindən təchiz olunur. ABŞ Minsk Qrupunda həmsədr ölkə olsa da, məsələyə beynəlxalq hüquq çərçivəsində yanaşmır. ABŞ "Müstəqilliyin dəstəklənməsi qanununa" Amerika dövlətinin Azərbaycana köməklik etməsini əngəlləyən "907-ci Düzəliş"i qəbul edir, qondarma "DQR" rejiminə hər il maliyyə vəsaiti ayırır, ölkəsində bu rejimin nümayəndəliyinin açılmasına razılıq verir, qeyri-rəsmi də olsa, qondarma rejim rəsmilərinin ölkəsinə gəlməsinə göz yumur. ABŞ-dakı erməni diasporunun nümayəndələri ABŞ hökumətinin Ermənistan və qondarma "DQR" rejiminə yönəlik siyasətini müsbət yöndə formalaşdırmağa çalışır. ABŞ Ermənistanı Rusiya qarşısında dəstəkləyir. ABŞ-da ayrı-ayrı ştatlar qondarma "erməni soyqırımı"nı tanıyan qanunlar qəbul edir.
Son iyirmi ildə Ermənistan İsraildən sonra ABŞ-dan adambaşına ən çox maliyyə yardımı alan ölkədir. ABŞ region və digər dövlətlərdən İran ilə iqtisadi, siyasi münasibətlərini kəsməyi tələb edərkən, Ermənistan və İran rəsmiləri mütəmadi olaraq qarşılıqlı ziyarətlər edir, iqtisadi, siyasi, ticari və enerji sahəsində münasibətləri inkişaf etdirir. ABŞ terrora dəstək verən dövlətlərə qarşı tətbiq etdiyi iqtisadi, siyasi sanksiyaların heç birini Ermənistana tətbiq etmir. Qondarma "DQR" nümunəsində separatizmi və etnik millətçiliyi dəstəkləyir. Fransa Ermənistanı beynəlxalq aləmdə dəstəkləyir, ABŞ kimi ondan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edir, qondarma "erməni soyqırımı"nı tanıyan və inkar edilməsini cinayət sayan qanun qəbul edir, Fransadakı erməniləri Azərbaycan və Türkiyəyə qarşı təşkilatlandırır, 1980-ci illərdə türk diplomatlarına qarşı terror aktları həyata keçirən terrorçu-cinayətkarları sərbəst buraxmaqdan çəkinmir, Fransanın sabiq prezidenti Nikola Sarkozinin ifadə etdiyi kimi, Ermənistanı "bacısı" olaraq görür və təəssübünü çəkir. Bütün bunlar Fransada fəaliyyət göstərən güclü erməni diasporunun köməkliyilə edilir.
Göründüyü kimi, həmsədr ölkələrlə bağlı ortaya çıxan ən ümumi məlumat həmin dövlətlərdə erməni diasporunun güclü olmasıdır. Bu faktorun münaqişənin həllinə nə kimi təsiri olur? Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Əli Orucov qəzetimizə açıqlamasında bildirdi ki, erməni diasporu faktoru Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına mane olan ən mühüm amildir: "Digər tərəfdən isə, bu, ermənilərə üstünlük qazandıran bir vasitə oldu. Bəli, danılmaz həqiqətdir ki, bu gün tamamilə fəaliyyətsiz bir vəziyyətdə olan Minsk Qrupunda təmsil olunan ölkələrin hər birində erməni diasporu ən güclü şəkildə təşkilatlanıb. Bəlkə də dünyada erməni diasporunun bu qədər güclü olduğu başqa ölkələr yoxdur. Elə bil ki, bu formatı qəsdən seçiblər. Formata daim etiraz edirlər. Hətta Azərbaycan tərəfi rəsmi mövqe ilə də formatın dəyişdirilməsini istəyib. Ancaq ortada heç bir irəliləyiş yoxdur, heç perspektivdə də görünmür. Sanki həmin format problemin konservləşdirilməsini öz üzərinə götürüb və bunun da öhdəsindən layiqincə gələ bilir. Son illər xarici ölkələrdə fəallaşan Azərbaycan diasporu da öz öhdəsinə düşən işləri layiqincə yerinə yetirir. Ancaq uzun illərdən bəri həmin ölkələrdə olan erməni diasporu istədiklərinə nail ola bilib. Bu baxımdan da formatı dəyişmək ən optimal variant olardı".






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ