"Normand dördlüyü" adlandırılan Rusiya, Ukrayna, Almaniya və Fransanın dövlət başçılarının bir neçə gündür Ukraynada atəşkəs və sülh razılaşması üçün apardığı intensiv danışıqlarla bağlı bəzi məlumatlar ortaya çıxıb.
Baki-xeber.com xəbər verir ki, yeni razılaşmanın məzmunu ilə əlaqədar açıqlama verən Fransa prezidenti Fransua Olland, Ukraynanın şərq bölgələrinə "olduqca geniş" muxtariyyət veriləcəyini açıqlayıb. Ayrıca, toqquşan tərəflər arasında 50-70 kilometr arası "bufer zona" yaradılacaq. Mediaya sızan məlumatlara görə, bu bölgəyə Birləşmiş Millətlər Təşkilatının sülhməramlı qüvvələri yerləşdirilməsi mövzusu da müzakirə edilən əsas maddələrdən biridir. Bu fikiri Rusiya dəstəkləyir. Ancaq Poroşenko, bu vəziyyətdə onsuz da Ukrayna torpaqlarında olduğunu iddia etdiyi rus əsgərlərinin bölgədə varlığının qanuniləşdirəcəyini deyərək buna qarşı çıxır.
Bunun yerinə Rusiya-Ukrayna sərhədinin bağlanması və qanunsuz keçişlərin qarşısının alınması tələbini irəli sürən Poroşenko, "Beynəlxalq nəzarət yalnız Rusiya sərhədində edilsə və keçişlər önlənsə bu bizim üçün kifayət edər" – deyə bildirir.
Poroşenko muxtariyyət məsələsinə də toxunaraq bununla bağlı ölkə səviyyəsində referendum keçirilə biləcəyini deyir.
Bundan başqa Poroşenko separatçılarla birbaşa danışıqların da əleyhinədir: "Bizim terrorçularla dialoq aparmığımızı istəyirlər. Buna xeyr deyirəm".
Fransız lider Olland bu sülh planının Ukraynadakı qarşıdurmanı sona çatdıracaq "son şanslardan biri olduğunu" bildirir. Olland sülh təmin edilməyəcəyi halda bunun müharibəyə yol aça biləcəyi xəbərdarlığını edib.
Moskva görüşündə Putinin onlara "separatçılar müharibəni qazanır" dediyini bildirən Olland, "Bu insanlar bir-birlərilə döyüşür. Normal həyata dönüşü çətin olacaq" – deyə bildirib.