Bazar günü günü, 29 noyabr 2026
     

Siyasi partiyalar maliyyə hesabatı verməkdən ehtiyat edirlər?

Image


Mövcud qanunvericiliyə əsasən, Azərbaycanda bütün siyasi partiyalar illik fəaliyyətlərinə dair hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. Bu hesabatlar Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməli və ictimaiyyət məlumatlandırılmalıdır. Maliyyə hesabatları verməyən siyasi partiyalar isə cərimələnməlidirlər. Bəs siyasi partiyalar buna əməl edirlərmi?

Sorğumuzun cavabında müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) maraqlı mövqe ortalığa qoydu. Sən demə, partiyada heç bir maliyyə əməliyyatı aparılmır. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Trend-ə bildirib ki, partiyada heç bir maliyyə əməliyyatı aparılmır. Ona görə də hər hansı maliyyə hesabatı verilmir.

Müsavat Partiyası sədrinin müavini Gülağa Aslanlı Trend-ə bildirib ki, 2014-cü ilin hesabatı mart ayının sonuna qədər verilməlidir: "Hesabat hazırlanır və təqdim ediləcək".

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da Trend-ə açıqlamasında ADP-nin maliyyə hesabatını artıq təqdim etdiyini söyləyib. Lakin S.Cəlaloğlu partiyanın həm maliyyə, həm də təşkilati işləri barədə hesabatların ictimaiyyətə təqdim edilməsini məqsədəuyğun saymır: "Bu məsələləri ictimaiyyətə açıqlamaq düzgün deyil. Ona görə ki, partiyanın rəqibləri onun strategiyasını, taktikasını bilər, ondan istifadə edə bilər. Bu baxımdan hesabatların açıqlanmasını qəbul olunmuş norma hesab etmirəm. Müvafiq qurumlar da verilən hesabatları gizli saxlamalıdır”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə də rəhbərlik etdiyi partiyanın lazımi hesabatları müvafiq dövlət qurumlarına təqdim etdiyini bildirib. O, hesab edir ki, bu hesabatların cəmiyyətə açılıb-açıqlanmaması partiyaların özlərindən asılıdır: "Elə partiya ola bilər ki, onun maddi durumu yaxşıdır və bunu cəmiyyətə açıqlaya bilər. Elə partiya da ola bilər ki, maliyyə durumu yaxşı deyil və bunun ictimaiyyət tərəfindən bilinməsini istəmir”.

Xatırladaq ki, hər üç partiya parlamentdə təmsil olunmur.

Parlamentdə təmsil olunan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə bildirib ki, rəhbərlik etdiyi partiya maliyyə hesabatlarını artıq təqdim edib. Maliyyə hesabatının ictimaiyyətə açıqlanması məsələsinə gəlincə, F.Quliyev bunun mümkün olduğunu söyləyib: "Rəqəmləri dəqiq bilsəydim açıqlayardım, burada problem görmürəm. Bu işlə mühasibatlıq şöbəsi məşğul olur”.

Parlamentdə təmsil olunan digər partiya - Bütov Azərbaycan Xalq Cəbhəsinin sədr müavini Niyamədin Orduxanlı da təmsil etdiyi partiyanın hər il vaxtlı-vaxtında müvafiq orqanlara hesabat verdiyini bildirib. O vurğulayıb ki, lazım gələrsə bu hesabatları cəmiyyətə də açıqlaya bilərlər: "Biz buna açığıq. Burada heç bir gizli iş yoxdur ki, biz onu gizli saxlayaq. İl ərzində Azərbaycan dövlət büdcəsindən bizim partiyaya ayrılan vəsait də bəllidir və bizim partiyada çalışan insanların sayı da. Nədən bunu gizli saxlamalıyıq? Gizli saxlayan partiyaları da başa düşə bilmirəm. Düşünürəm ki, öz fəaliyyətlərində qaranlıq olan partiyalar bu fikirdə ola bilərlər”.

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov isə Trend-ə bildirib ki, "Siyasi partiyalar haqqında” qanuna olan əlavə və dəyişikliklərə uyğun olaraq, siyasi partiyaların hər biri, istər dövlət büdcəsindən maliyyələşən, istərsə də dövlət büdcəsi tərəfindən maliyyələşməyən, üzvlük haqqı və ianələrlə öz büdcəsini formalaşdıran hər bir siyasi partiya ildə bir dəfədən az olmayaraq, həmçinin rüblük hesabat verməlidir: "Təzə qəbul olunmuş əlavə və düzəlişlərə əsasən, bu hesabatlar Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməlidir. Burada ictimaiyyətin məlumatlandırılmasından söhbət gedir, həmçinin bu hesabatların verilməsindən. İstənilən an o hesabatların audit yoxlaması da MSK tərəfindən həyata keçirilə bilər. Bu günə qədər Yeni Azərbaycan Partiyasından başqa heç bir siyasi partiya cəmiyyət qarşısında hesabat verməyib. Biz qanun qəbul olunmamışdan da qabaq hər il bir dəfə illik maliyyə hesabatı dərc edirdik. Burada üzvlük haqları, ianələr, partiya büdcəsinə toplanan digər gəlirlər barədə hesabat verirdik. Bu günə qədər hesabatlar aidiyyəti orqanlara təhvil verilirdisə, indi onlar MSK-nın saytında da yerləşdirilməlidir. Bu baxımdan siyasi partiyaların şəffaf fəaliyyət göstərməsi üçün, onların maliyyə mənbələrinin də şəffaf olması üçün bu hesabatlar vacibdir. Çünki qanuna görə siyasi partiyalar xarici təşkilatlardan, xarici vətəndaşlardan, dini və digər qurumlardan maliyyələşə bilməz. Bu baxımdan da şəffaflığı təmin etmək üçün qanunda olan düzəlişlərə siyasi partiyalar mütləq əməl etməlidir".

Siyasi ekspert Qabil Hüseynli Trend-ə bildirib ki, Azərbaycanda siyasi partiyalar parlamentdə təmsilçiliyə görə maliyyələşir. Parlamentdə təmsil olunmayan partiyalar isə özlərinin dediyi kimi, üzvlərinin verdiyi ianələr və üzvlük haqları hesabına özlərini saxlayırlar. Ekspert hesab edir ki, bu hesabatın ictimaiyyətə açılmasının heç bir qüsuru yoxdur: "Bunun açıqlanması niyə sirr olmalıdır ki? Məncə partiyalar şəffaf olmağa öyrənməlidirlər. Bəzi partiyalar üzvlərinin sayını şişirdirlər və yəqin ki, ona görə də bunu açıqlamaqdan qaçırlar. Çünki onda onların üzvlərinin düzgün sayı ortaya çıxmış olur”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ