"Ukrayna prezidenti Petro Poroşenko keçən payızda imzalanan Minsk müqaviləsindən əvvəl Rusiya lideri Vladimir Putini Donbassdakı əsir Rusiya əsgərlərini ifşa edəcəyilə bağlı təhdid edib".
Baki-xeber.com xəbər verir ki, belə bir iddia «Financial Times» qəzeti çıxış edib.
İngilis qəzetinin iddiasına görə Poroşenko Putinlə görüşündə, Donbassda ölən ya da əsir alınan yüzlərlə Rusiya əsgəri haqda məlumatları internetdə yerləşdirəcəyi ilə təhdid edib.
Poroşenkonun həmçinin ukraynalı bürokratlarların Ukraynada qarşıdurmalara qatılan rusiyalı əsgərlərin ailələri ilə əlaqə yaradıb "həqiqətləri" onlara çatdıpacaqları ilə də təhdid etdiyi bildirilir.
İki lider arasında bu danışığın harada və hansı şəkildə baş tutması barədə isə heç bir məlumat verilmir.
İki liderin də "çəkindiyi mövzuların olduğu" iddia edilən xəbərdə, "Poroşenko ordu məğlubiyyətə uğrayacağı halda iki gün içində kreslosunu itirməkdən çəkinir. Rus əsgərlərlə bağlı məlumatlar isə Putin üçün ciddi bir zərbə olar" – deyə qeyd edilir.
İddialarla əlaqədar Moskva və Kievdən hələlik heç bir rəsmi açıqlama verilməyib.