"ABŞ, Cənub Axını layihəsinin Rusiya tərəfindən ləğv edilməsindən sonra Şərqi Avropa ölkələrinin Rusiyadan qaz asılılığına son qoymaq üçün plan hazırlayır.
Baki-xeber.com xəbər verir ki, «Associated Press» agentliyinin məlumatına görə, Vaşinqton «Qazprom»un bölgədəki bazar payını 20 faizə qədər endirməyi hədəfləyir.
Agentliyin məlumatında, ABŞ-ın Şərqi Avropaya enerji qaynaqları məsələsində texniki və siyasi dəstək verdiyinə, maliyyə dəstəyini isə Qərbi Avropa ölkələrinin boynuna götürdüyünə diqqət çəkilir.
ABŞ enerji işləri koordinatoru və xüsusi nümayəndə vəkili Amos Hoçsteinə görə, Vaşinqton 2020-ci ilə qədər Rusiyanın Şərqi Avropa qaz bazarındakı payını 20 faizə qədər endirməyi planlaşdırır. ABŞ bu istiqamətində, Avropada yeni təbii qaz boru xətləri və saxlama müəssisələri qurulmasını da planlaşdırır.