Ukraynada Rusiyameylli separatçılarla Kiyev arasındakı qarşıdurmaların miqyası daha da böyüyür. Luqansk separatçıları Ukrayna Hərbi Hava Qüvvələrindən ələ keçirdikləri SU-25 hücum tipli döyüş təyyarəsini ilk dəfə cəbhədə istifadə etməyə başlayıb.
Baki-xeber.com xəbər verir ki, "artıq hərbi hava qüvvələrimiz də var" deyən separatçılar, SU-25 tipli döyüş təyyarəsindən şiddətli toqquşmaların yaşandığı Debeltsevo qəsəbəsi yaxınlarında istifadə etdiyini bildirir: "Tam təchizatlı döyüş təyyarəmiz Debeltsevo yaxınlığında Ukrayna ordusuna böyük itkin verdirdi".
Təyyarəsi necə ələ keçirdiklərini də açıqlayan separatçılar, "Bu döyüş qənimətidir. Keçən il iyulda Ukrayna Hərbi Hava Qüvvələrindən aldıq. Az ziyanla enişə məcbur etdiyimiz döyüş təyyarəsini təmir etdik. İndi bizim üçün döyüşür" – deyə bildirib.