NATO son bir neçə həftə ərzində Rusiyanın Donbasda fəaliyyət göstərən terrorçulara yüzlərlə hərbi texnika və ağır silahlar göndərdiyini bildirib.
Baki-xeber.com xəbər verir ki, Brüsseldə açıqlama verən NATO nümayəndəsi Oana Lungesku, "Son həftələrdə Rusiyadan Ukraynaya yüzlərlə silah göndərildiyini gördük" – deyə bildirib.
Rusiyanın göndərdiyi silahların arasında istifadəsi çox çətin olan silah və döyüş texnikalarının olduğunu və separatçıların özbaşına bu silahları istifadə edə bilməyəcəyini deyən NATO nümayəndəsi qeyd edib ki, bunun üçün xüsusi hazırlıq və təlim keçmək lazımdır. Onun sözlərinə görə, göndərilən silahlar arasında yerdən havaya tipi raketlər və müasir tanklar da var.
Lungesku sözügedən ağır silahları Donetskdə satın almağın mümkünsüz olduğunu bildirib.
Lungesku jurnalistlərin NATO-nun Ukrayna ordusuna silah yardımı edib-etməyəcəyi sualına cavab olaraq, NATO-nun silah göndərmədiyini və bu cür qərarların, NATO üzvü olan hər bir ölkənin müstəqil olaraq verdiyini bildirib.