Türkiyənin ən iri banklarından biri olan "Bank Asya" Dövlət Əmanətlərin Sığortalanması Fondunun tam nəzarətinə keçib.
Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bankın likvidliklə bağlı problemləri var: "Lakin bu, müştərilər qarşısında öhdəliklərin yerinə yetirilməsinə təsir etməyəcək. Onların əmanətləri zərurət yaranacağı təqdirdə Fond tərəfindən kompensasiya ediləcək".