Polşa prezidenti Bronislav Komorovski ölkəsinin Ukraynaya əsgər göndərməyəcəyini lakin silah sata biləcəyini bildirib.
Baki-xeber.com xəbər verir ki, Polşalı əsgərlərin Ukraynaya göndərilməməsi barədə də danışan Komorovski, "Silah satışı, normal bir işdir. Ukrayna və Rusiyaya silah satış embarqosu yoxdur, ancaq Rusiya ilə əlaqədar müəyyən məhdudiyyətlər var. Lakin Ukraynaya silah sata bilərik" – deyə bildirib.
Polşanın, Rusiyanın Ukraynaya qarşı hücumunu dayandırmaq siyasətinin mərkəzində olduğunu və bundan sonra da olacağını deyən Komorovski, "Biz, Ukraynanın yaxın qonşusuyuq və Ukrayna ilə Rusiya arasında baş verənlər bizi də maraqlandırır. İspaniya bu siyasətin mərkəzində olmaya bilər. Lakin Polşa güclünün zəif üzərindəki (Rusiyanın Ukrayna üzərindəki) zəfərini dayandırmaq üçün bu siyasətin mərkəzində olacaq" – deyə bildirib.
Əks halda Polşa və bölgədəki digər ölkələrin də Rusiyanın hücumu ilə qarşı-qarşıya qala biləcəyini deyən Komorovski, hücumlar dayanacağı halda Polşanın AB ilə Rusiya arasındakı əlaqələrin düzəlməsi prosesinin də mərkəzində olacağını qeyd edib.